Erməni bloqçu və sahibkar süni intellektlə məsləhətləşib İslamı qəbul etdi...-VİDEO
Ekskluziv
317
07:33, Bu gün

Erməni bloqçu və sahibkar süni intellektlə məsləhətləşib İslamı qəbul etdi...-VİDEO

Sahibkar və məşhur bloqçu Harut (Harutyun) Nazaryan İslamı qəbul etdiyini açıqlayıb. 
 
Moderator.az-ın "islamnews" nəşrinə istinadla verdiyi xəbərdə deyilir ki, bu, son vaxtlar həyat yoldaşı və iki uşağı ilə birlikdə yaşadığı BƏƏ-də baş verib.
 
“Yadımdadır, evə gedirdim, başım qarışıq idi və axşam azanını eşitdim. Maşını saxladım, azana qulaq asdım və bircə gün sonra dostumdan məni məscidə aparmasını istədim. Ancaq onun aparmağı alınmadı. Fikirləşdim ki, niyə bunu təxirə salıram və elə kor-koranə eyni məscidə gəldim, imama yaxınlaşdım və hər şeyi olduğu kimi söylədim... və ondan İslamı qəbul etməmə kömək etməsini istədim”, - deyə Harut bildirib.
 
Onun sözlərinə görə, İslamı qəbul etmək həyatındakı ən mühüm qərar olub: “Hər şey çox asan oldu, mən şəhadəti oxudum və indi əminliklə deyə bilərəm ki, bu, həyatımdakı ən yaxşı qərar oldu”.
 
Bir ay əvvəl Harut qadağan olunmuş "İnstaqram"da öz səhifəsində "Chat GPT" qlobal neyron şəbəkəsinə özü üçün əsas suallar ünvanladığı videonu yerləşdirib: 
 
“Həyatımı necə yaşamalıyam? Allaha inanmalıyam, yoxsa ateist, bəlkə də aqnostik olmalıyam?
 
Mən həyatımı bir məqsəd hissi ilə və ən əsası məmnunluq hissi ilə necə yaşaya bilərəm? 
 
“Əgər bir cavabı seçməli olsam, deyərdim: İslam vasitəsilə Allaha iman”, – deyə neyron şəbəkəsi cavab verib.
 
 "İslam həyatın məqsədini aydın başa düşməyi, müəyyən qədər hissini, məna və daxili rahatlıqla dolu bir həyat yaşamağa kömək edəcək dərin mənəvi təcrübə təklif edir. İslami prinsiplərə riayət etmək hərəkətlərinizdə və qərarlarınızda sizə rəhbərlik və aydınlıq verə bilər, dolğunluq hissi və məqsədlə yaşamağınıza kömək edə bilər”, - süni intellekt davamında bildirib. 
 
Bundan əvvəl "MMA" döyüşçüsü Benik Sarkisyan İslamı qəbul etdiyini açıqlamışdı.

 

S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər