Ekskluziv
343
00:47, Bu gün

"Bayden, Ostin və Blinken İsrailə görə məhkəmə qarşısına çıxarıla bilər" - DAWN

"Bayden administrasiyasının üzvləri hərbi və insanlıq əleyhinə cinayətlərdə şəriklikdə ittiham edilir..."
 
Amerikanın "Demokratiya üçün Ərəb Dünyası" insan haqları təşkilatı (DAWN) Beynəlxalq Cinayət Məhkəməsini (BCM) ABŞ-ın keçmiş prezidenti Co Bayden və onun administrasiya üzvləri barəsində İsrailin Qəzza bölgəsində törətdiyi hərbi cinayətləri dəstəkləmələri ilə bağlı araşdırma aparmağa çağırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "realtribune.ru" nəşri məlumat yayıb.
 
172 səhifəlik müraciətdə DAWN ABŞ-ın 46-cı prezidenti Co Baydeni, keçmiş Dövlət katibi Entoni Blinkeni və keçmiş müdafiə naziri Lloyd Ostini "hərbi cinayətlərdə və insanlıq əleyhinə cinayətlərdə şəriklikdə" ittiham edir.
 
Bu ittiham, Baydenin prezidentliyi dövründə İsrailə 17,9 milyard dollar dəyərində ABŞ silahı göndərilməsinə əsaslanır.
 
DAWN-ın icraçı direktoru Sara Lia Uitson bildirib: "Bayden, Blinken və nazir Ostin İsrailin dəhşətli və qəsdən törətdiyi cinayətlərin təkzibedilməz sübutlarını yalnız gözardı etməklə kifayətlənməyib, həm də İsrailə şərtsiz hərbi dəstək verməklə onun bu vəhşilikləri törətmək imkanını artırıb".
 
O, həmçinin vurğulayıb ki, ABŞ İsrailə siyasi dəstək verərək BMT Təhlükəsizlik Şurasında atəşkəslə bağlı çoxsaylı qətnamələrə veto qoyub.
 
DAWN-ın idarə heyətinin üzvü, hərbi cinayətlər üzrə vəkil Rid Brodi qeyd edib ki, "Bayden, Blinken və Ostin təkcə onların silahları ilə nələrin edildiyini bilməkdən ibarət deyil, həm də bu siyasətə qarşı tənqidləri boğmağa çalışıb"
 
"İsrailin məktəbləri, xəstəxanaları və evləri məhv etmək üçün istifadə etdiyi bombalar ABŞ bombaları olub. İsrailin öldürmə və təqib kampaniyası isə onların təmin etdiyi siyasi dəstək altında həyata keçirilib", Rid Brodi bildirib.
 
Üstəlik, onun sözlərinə görə, ABŞ-ın İsrailin "hərbi cinayətlərində" iştirakı Tramp administrasiyasına da şamil oluna bilər.
 
DAWN hesab edir ki, BCM prokuroru Donald Tramp barəsində də araşdırma başladılmasını tam hüquqi əsaslı hesab edə bilər. Səbəb isə Trampın BCM əməkdaşlarına qarşı sanksiyalar tətbiq edən fərman imzalamasıdır. Bu fərman İsrail rəsmiləri barədə həbs qərarları verilməsindən sonra qüvvəyə minib.
Link kopyalandı!
Son xəbərlər