“Bu iddialar Ermənistanı məhvə aparır”
Ekskluziv
616
26 Feb 2025 | 19:53

“Bu iddialar Ermənistanı məhvə aparır”

“Ermənistan Azərbaycanın sülh səylərini dəstəkləmək əvəzinə ölkəmizə qarşı absurd iddialar səsləndirir ki, bu iddialar onu məhvə aparır”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bildiirb. Millət vəkili qeyd edib ki, Ermənistan öz xilasını kənar güclərdə deyil, region dövlətləri ilə normal münasibətlərin bərpasında axtarmalıdır:

“Azərbaycan 44 günlük Vətən müharibəsinə qədər, eləcə də müharibədən sonra Cənubi Qafqazda etibarlı və uzunmüddətli sülhün bərqərar olması üçün böyk səylər ortaya qoyub, sistemli addımlar atıb. Ancaq təəssflər olsun ki, bugünə qədər İrəvan bu səylərə  layiqli qarşılıq verməyib. Əksinə, Ermənistan post-müharibə dönəmində də öz təxribatlarını davam etdirib, ölkəmizə qarşı gülünc ittihamlar, əsassız iddialar səsləndirib. Avropa İttifaqı missiyasının bölgəyə gətirilməsi, tez-tez sərhədlərimizdə aparılan müşahidələr, sürətlə silahlanma və s. də Ermənistanın xoş olmayan niyyətlərindən xəbər verir.

Azərbaycanın mövqeyi isə hər zamankı kimi aydın və birmənalıdır. Ermənistan 10 Noyabr bəyanatından irəli gələn öhdəliklərii yerinə yetirməli, sürətlə silahlanmadan imtina etməli, Zəngəzur dəhlizinin açılması və sülhün əldə edilməsinə süni əngəllər yaratmamalıdır. Yalnız bu halda Ermənistan nicat tapa, Qərbin əlində alət olmaqdan qurtula bilər”.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər