“Bu dövət hər zaman bizə sədaqəti və açıq dəstəyi ilə seçilib”
Ekskluziv
271
20:04, Bu gün

“Bu dövət hər zaman bizə sədaqəti və açıq dəstəyi ilə seçilib”

“Pakistan hər zaman Azərbaycana sədaqəti və açıq dəstəyi ilə seçilib”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Ekspert qeyd edib ki, Pakistanla sadəcə siyasi-diplomatik sahədə deyil, bütün sferalarda əməkdaşlıq mühüm önəm kəsb edir:

“Azərbaycanla Pakistanın tarixi dostluq münasibətləri mövcuddur və bu əlaqələr tarixin sınağından hər zaman heç bir zədə almadan çıxıb. Pakistan Birinci Qarabağ müharibəsi dönəmində Azərbaycan torpaqlarının işğalına kəskin etiraz edən, beynəlxalq tribunalarda ölkəmizin haqq işinə dəstək verən bir dövlət olub. 44 günlük Vətən müharibəsində də biz qardaş Türkiyə ilə yanaşı, Pakistanın da mənəvi-siyasi dəstəyinə şahid olduq. Bu baxımdan hesab edirəm ki, Pakistanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi milli maraqlarımıza uyğundur. Bu, Pakistanın da dövlət maraqlarına cavab verir.

İnanıram ki, Pakistanın baş nazirinin ölkəmizə səfəri iki dövlət arasında münasibətlərin inkişafında yeni bir mərhələyə qapı açacaq və biz yaxın gələcəkdə iki dövlət arasında əməkdaşlığın daha da genişləndiyinə şahid olacağıq”.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər