“Putinin əlinə oynayan addımları, çıxışları Tramp haqqında xeyli şübhələr oyadır...”
Ekskluziv
327
13:23, Bu gün

“Putinin əlinə oynayan addımları, çıxışları Tramp haqqında xeyli şübhələr oyadır...”

“Çox güman ki, İlon Mask kimi dünyanın ən varlı iş adamının dəstəyinə malik olması da onun dünyanı hansısa dərin, qlobal gücləri ilə əlaqəsinə işarə edir...”
 
“Trampın “KQB” agenti, yaxud Putinin təsir agenti olması haqda əlimizdə hər hansı bir sənəd olmadığından qəti bir fikir söyləmək çətindir. Amma dediyiniz kimi, bu haqda Yuri Şvets kimi keçmiş “KQB” zabitləri iddialar irəli sürür.  Onun 1987-ci ildə Moskvaya ilk səfəri zamanı SSRİ xüsusi xidmət qurumları tərəfindən ələ alınması ilk baxışdan inandırıcı görünür. Lakin təkrar edirəm, əlimizdə hər hansı bir sənəd olmadığı üçün qəti nəticəyə gəlmək olmur”. 
 
Beynəlxalq siyasət üzrə analitik Teymur Qasımlı bunu Moderator.az-ın “Sizcə, Tramp kimdir? Doğrudan da bəzi keçmiş çekistlərin iddia etdiyi kimi, “KQB” agentidir, Putinin təsir agentidir, yoxsa sadəcə anormal psixikaya, xarakterə malik biznesi, şounu siyasətə qatmış bir məxluqdur?” sualını cavablandırarkən dilə gətirib.
 
“Ancaq onu  da nəzərə almaq lazımdır ki, Trampın mənsub olduğu Respublikaçılar Partiyası Demokratlar Partiyasından fərqli olaraq istər keçmiş Sovet İttifaqına, istərsə də indiki Rusiyaya qarşı çox vaxt loyal mövqedə olublar.  Birləşmiş Ştatların maraqlarını satmayıblar, amma iki dövlət arasında münasibətlərin bir qədər mülayim olması, müəyyən sahələrdə əməkdaşlığın və s. tərəfdarı olublar. Trampın da partiyasınınn siyasətinə uyğun olaraq Putin Rusiyasına xeyli həddini aşmış loyallığı var.  Onun addımlarını siyasətə qarışmış bir şou və biznes adamının davranışları kimi də dəyərləndirmək olar. Onun Rusiya-Ukrayna savaşı və Putinlə bağlı son siyasətini hansısa qlobal güclər tərəfindən müəyyən məqsədlər üçün yönləndirildiyini də ehtimal etmək mümkündür”, -deyə davamında analitik bildirib. 
 
“Trampın psixi xəstəliyi ilə də bağlı əlimizdə bir sübut yoxdur. Amma ümumi olaraq Rusiyanın əlinə oynayan addımları, çıxışları onun haqqında xeyli şübhələr oyadır. Hazırda o, ilk baxışdan seçki kampaniyasında söz verdiyi kimi, guya Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmağa çalışır, bəzi siyasi-diplomatik manevrlər edir. Bütün hallarda Trampın ikinci dönəm prezidentliyinin nə dərəcədə uğurlu olub-olmayacağını zaman göstərəcək. Amma çox güman ki, İlon Mask kimi dünyanın ən varlı iş adamının dəstəyinə malik olması da onun dünyanı hansısa dərin, qlobal gücləri ilə əlaqəsinə işarə edir”, -deyə Teymur Qasımlı diqqətə çatdırıb.
 
S.Laçın
  
 
Link kopyalandı!
Son xəbərlər