Tanınmış senator Tramp və Maska qarşı hərəkatın başlandığını elan etdi...
Ekskluziv
327
08:18, Bu gün

Tanınmış senator Tramp və Maska qarşı hərəkatın başlandığını elan etdi...

Amerikanın Vermont ştatından senator Berni Sanders Nebraskada ümummilli “anti-oliqarxiya” turuna başlayarkən milyarder İlon Maskı "mükəmməl super cani" adlandırıb.
 
Moderator.az xəbər verir ki, bu haqda "Mignews" portalı məlumat yayıb.
 
83 yaşlı mütərəqqi ictimai xadim və keçmiş prezidentliyə namizəd cümə gecəsi hərəkata çağırış edib və xəbərdarlıq edib ki, indi baş verənlər təkcə gələcək nəsillərə deyil, bütün planetə təsir edəcək.
 
“Trampizm Kolumbiya dairəsi daxilindəki siyasətçilər tərəfindən məğlub edilə bilməyəcək. Bu, baş verməyəcək. Onu Nebraska, Ayova, Vermontda milyonlarla amerikalı məğlub edəcək", - deyə Sanders vurğulayıb.
 
Qeyd edək, Berni Sanders Trampın ilk prezidentliyi dövründən ona qarşı mübarizə aparır. Eyni zamanda bu senator İsrailin Fələstinə qarşı işğal və soyqırımını qınayan ABŞ siyasətçilərindəndir...
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər