Tramp Zelenskiyə “heç kimin etmədiyi yaxşılığı” edib...
Ekskluziv
359
20:31, Bu gün

Tramp Zelenskiyə “heç kimin etmədiyi yaxşılığı” edib...

İndi Rusiyanın daha ciddi problemi var...

ABŞ prezident Donald Tramp Ukrayna prezidentinə yönəlik “öçüsüz tənqidləri” ilə əslində  Zelenskiyə “heç kimin etmədiyi yaxşılığı” edib. Trampın tənqidləri bugünə qədər Ukrayna prezidentindən narazı olan daxildəki bütün qüvvələri Zelenski ətrafında birləşdirib.

Moderator.az xəbər verir ki, bu haqda ABŞ hərbi nəşri məlumat yayıb. Nəşrin sözlərinə görə, Trampın Zelenskini “diktator” adlandırması, onun legitimliyini şübhə altına alması bütün müxalif qüvvələrin Zelenskinin çətiri altında toplanmasına səbəb olub. Hətta ən qatı müxalifətçilər də bəyan edib ki, Zelenski bəzi məsələlərdə səhv qərarlar qəbul etsə də, əsla diktator deyil və o, Ukraynanı müdafiə etmək üçün həqiqətən də əsl fədakarlıq sərgiləyir.

ABŞ hərbi-siyasi mütəxəssisləri hesab edir ki, Tramp öz də fərqində olmadan tənqidləri ilə Ukraynadakı daxili qarşıdurmalar son qoyub və bütün müxalifəti rəsmi Kiyevin ətrafında birləşdirib. Nəticədə, daha güclü və mütəşəkkil Ukrayna  formalaşıb. Bu isə o deməkdir ki, indi bütün anti-Ukrayna qüvvələrinin, eləcə də Rusiyanın daha ciddi problemi var. Onlar bundan sonra  daxilən bir yumruq kimi birləşən daha güclü Ukraynaya qarşı mübarizə aparmalı olacaqlar.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər