“Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri iki dövlət arasında yüksələn münasibətlərin göstəricisidir”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, bu əməkaşlıq, həm də anti-Azərbaycan qüvvələrinə ciddi mesaj kmi də dəyərləndirilə bilər:
“Azərbaycan-Pakistan qardaşlığının dərin bağları və uzun tarixi var. Hər iki xalq ən çətin məqamlarında bir-birinə dəstək verib, bir-birinin yanında olub. Azərbaycan və Pakistanın bundan sonra da daim bir-birlərinin yanında yer alacağı şübhəsizdir.
Nəzərinizə çatdırım ki, Pakistan Ermənistanı dövlət kimi tanımayan məmləkətlərdəndir. Pakistan hər zaman ölkəmizə mənəvi-siaysi baxımdan ciddi dəstək verib. Qardaş dövlət nüvə arsenalına, o cümlədən qabaqcıl hərbi texnikalara sahibdir ki, bu da onu dünya miqyasında ciddi güc mərkəzinə çevirir. Pakistan müasir dünyamızda nəhəng silah ixracatçılarından biridir və qlobal aləmdə gedən proseslərə əhəmiyyətli dərəcədə təsir göstərir.
Bu mənada Azərbaycan-Pakistan dostluğu hər iki dövlətin maraqları baxımından böyük önəm kəsb edir və hər mənada təqdirəlayiqdir”.
Seymur ƏLİYEV