“Həmin yolları texnika yox, insanların təmizləməsi normaldır”-BŞİH-dən mühüm AÇIQLAMA+ÖZƏL
Ekskluziv
736
12:30, Bu gün

“Həmin yolları texnika yox, insanların təmizləməsi normaldır”-BŞİH-dən mühüm AÇIQLAMA+ÖZƏL

 
Ölkədəki qeyri-sabit hava şəraiti ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və rayonlardakı icra strukturları iş başındadırlar. Yollardakı təhlükəsizliyi təmin etmək onların birinci vəzifəsidir. Bunun üçün də yollarda ehtiyyat duz və torpaq saxlanılıb, texnika işləyir. Lakin sosial şəbəkələrdə paylaşılan bəzi görüntülər şəhər sakinləri, şəbəkə istifadəçiləri tərəfindən heç də birmənalı qarşılanmır. Belə ki, insanların yollardakı qarı əllərindəki bel vasitəsilə təmizləmələri, yola əlləri ilə duz səpmələri hər kəsin təəccübünə səbəb olub. Kimiləri yolların insan əməyi ilə deyil, texniki vasitələrlə təmizlənməsinin tərəfdarı olduğunu bildirir və bunu daha təhlükəsiz hesab edir. Halbuki bir çox ölkələrdə yollar xüsusi maşınlar vasitəsi ilə təmizlənir və insan əməyindən istifadə edilmir. Elə mövzunu araşdırmaq üçün Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti ilə əlaqə saxladıq.
 
Moderator.az-a verilən məlumata görə maşın və xüsusi texnikaları hazır vəziyyətə gətirilib, növbətçilik təşkil edilib:
“Biz yolları texnikanın köməyi ilə təmizləyirik. Kifayət qədər texnikamız da var. Hələ ki, bir neçə gündür ki, problemlər ortaya çıxmayıb. Qar normadan artıq yağmağa başlayıb. Ümid edirik ki, bu gün də bir problem yaranmaz. Əsas küçə və prospektlər xüsusi texniki vasitələr, avadanlıqlar vasitəsilə təmizlənir. Lakin texnika yalnız yolun müəyyən bir hissəsində iş görə bilər. Amma yolun elə hissələri var ki, oranın təmizlənməsini texnika edə bilmir. Buna görə də məcburən insan əməyindən istifadə olunur. Texnikanın çata bilmədiyi yerlərdə insan əməyindən istifadə edilməsi normaldır. Bu daha çox yolların kənarları, səkilərin üstüdür. Ora axı texnika çıxa bilmir” deyə bildiriblər.
 
 
 
 
 
 
Link kopyalandı!
Son xəbərlər