"Tramp Ukraynada müharibəni mümkün qədər tez bitirmək ideyasını rəhbər tutur. Ona görə də onun niyyətləri barədə vaxtından əvvəl nəticə çıxarmaq olmaz..."
Ukraynanın Amerika Tədqiqatları İnstitutunun rəhbəri Vladislav Faraponov hesab edir ki, ABŞ-nin ritorikasının dəyişməsi hələ ki, Tramp və Putin arasında Ukraynanın arxasında hansısa razılaşmanın olmasına 100% sübut deyil.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, institut rəhbəri bu barədə "Espreso" kanalına müsahibəsində danışıb.
"Fəaliyyətlər səviyyəsində ABŞ bizi mahiyyət etibarı ilə, necə deyərlər, atmır. Əslində, ritorikanın dəyişməsinə baxmayaraq, ABŞ və Donald Trampın şəxsən dünyanı artıq böldüyü və ya bizim arxamızca razılaşdığı, maraqlarımızı tamamilə görməzliyə vurduğuna dair qlobal göstəricilər yoxdur. Məncə, bu, şişirtmədir. Çünki Tramp üçün təəssüf ki, yaxud xoşbəxtlikdən, lakin ən azından açıq-aydın, sürətli qələbə ideyası hələ də vacibdir ki, o, heç kimin ən azı bu müharibəni dayandıra bilməyəcəyini, amma özünün bunu bacardığını söyləyə bilsin. Bu ideya onu istiqamətləndirməkdə davam edir”, - deyə politoloq bildirib.
O qeyd edib ki, bir aylıq prezidentliyindən sonra Tramp və komandası artıq “dedikləri kimi, hər şeyin aydın olmadığını” və müharibəni tezliklə bitirə bilməyəcəklərini başa düşməli idilər. "Xüsusilə ona görə ki, Ukraynada onlar “potensial danışıqların "yaylım atəş"lərini” çox yaxşı eşidə bilirlər",- deyən Faraponov rusların fevralın 23-nə keçən gecə Ukraynaya 267 “Şahed” dronu ilə hücum etməsini xatırladıb.
"Ona görə də deyərdim ki, əslində bizim bu cür ritorikadan ehtiyatlı olmaq üçün təbii ki, əsaslarımız var və bu, gözlənilməz hərəkətləri və razılaşma ilə bağlı artıq Ukraynaya qarşı baş verən potensial təzyiqləri nəzərdə tuta bilər və atəşkəslə bağlı müəyyən razılaşma ilə bağlı da ola bilər. Yenə də, əgər bu, baş verərsə,"- politoloq belə hesab edir.
Vladislav Faraponov əlavə edib ki, onun fikrincə, Vaşinqtonu anti-Ukrayna əhval-ruhiyyəsi və xəyanətdə günahlandırmaq hələ tezdir.
S.Laçın