İsrail hərbçisi həyatını xilas edən
Ekskluziv
648
07:35, Bu gün

İsrail hərbçisi həyatını xilas edən "HƏMAS" yaraqlılarını öpdü...-FOTO+VİDEO

Fevralın 22-də Qəzza zolağında baş tutan yeddinci israilli hərbi əsirlərin azad edilməsi mərasimi xüsusilə təsirli olub.
 
Moderator.az "İslamnews" nəşrinə istinadla xəbər verir ki, bu, "Əl-Əqsa" telekanalının telegram-kanalının yaydığı videodan da bəlli olur.
 
Nuseyratda keçirilən mərasimdə azad edilən İsrail əsgərlərindən biri "HƏMAS"-ın hərbi qanadı "İzzəddin əl-Qəssam" briqadalarının döyüşçülərinin alnından öpüb. Bununla da İsrail əsgəri "HƏMAS"-ın döyüşçülərinin İsrailin davamlı bombardmanları qarşısında həyatını qorumaların və onun qayğısına qalmasına görə onlara öz hörmət və minnətdarlığını bildirib.
 
Bundan əvvəl Qəzzada azad edilən rusiyalı Trufanov ərəbcə Allaha şükür edib...
 

S.Laçın

Link kopyalandı!
Son xəbərlər