“Bu gün beynəlxalq aləmdə Ermənistanla həmrəylik sərgiləyən, onların əsassız iddialarına dəstək verən şəxslərin əksəriyyəti ermənilər tərəfindən ələ alınan adamlardır”.
Bunu Moderator.az-a açıqlamasında hüquqşünas Əliməmməd Nuriyev bildirib. Ekspert qeyd edib ki, həmin şəxslərin bəzilərinin adı rüşvət və korrupsiyada hallanmaqdadır:
“Ermənistan beynəlxalq aləmdə dəstək almaq məqsədilə bəzi şəxsləri ələ alır, onların dili ilə özünün haqlı olduğu təsəvvürünü formalaşdırmağa çalışır. Ən maraqlısı isə budur ki, Ermənistana dəstək ifadə edən bu şəxslərin böyük əksəriyyətinin adı beynəlxalq mediada rüşvət və digər neqativ əməllərdə hallanır.
Beynəlxalq təşkilatlarda, beynəlxalq qurumlarda da bu cür şəxslər var. Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo buna nümunədir. Bu şəxsin adı rüşvət və ofşor bataqlığında, şübhəli əlaqələrdə və digər neqativ işlərdə hallanmaqdadır. Ermənistana məhz bu cür şəxslər dəstək verir ki, onların da hamısı simasını itirmiş, ədalət və vicdan hissindən məhrum adamlardır. Ermənistanın adı qanunsuz əməllərdə hallanan bu şəxslərlə əməkdaşlığı isə İrəvanın ənənəvi dəsti-xəttindən imtina etmədiyini, öz məkirli məqsədlərinə çatmaq üçün çirkaba batmış şəxslərlə əməkdaşlıq etdiyini göstərir”.
Seymur ƏLİYEV