“Buna görə bəzən övladlarım da mənə irad tutur” - ÖZƏL
Ekskluziv
1442
00:08, Bu gün

“Buna görə bəzən övladlarım da mənə irad tutur” - ÖZƏL

“700-ə yaxın mahnım var. Hələ də dayanmıram. Övladlarım bəzən irad tutur, deyir ki, bəsdir, nə qədər mahnı yazdırırsan? Mənim sənətimə sevgim böyükdür. Bir mövzuda o qədər mahnılarım var ki.. Qazandıqlarımı sənətimə xərcləyirəm. Geyimlərimə, aranjimanlara, mahnılara.. Bundan zövq alıram”
 
Bunu Moderator.az -a açıqlamasında əməkdar artist, sevilən müğənni Mətanət İsgəndərli deyib. O daha sonra əlavə edib:
“O vaxtın tamaşaçıları ilə bugünkü günün tamaşaçıları arasında böyük fərq var. O vaxt fanaqram yox idi. 5-6 saat ard-arda canlı ifalar edirdim. O vaxt toylarımız da konsert kimi keçirdi. Tamaşaçılar da qədirbilən idi. Hər müğənninin repertuarından xəbərləri var idi. Sənətdən başları da çıxırdı. Yeri gələndə müğənnilərin səhvlərini də tuturdular. Bu gün zəmanə bir başqadır. Hər zəmanənin öz tələbləri var” deyə sənətkar deyib.
Əməkdar artist Mətanət İsgəndərli sevilən sənətkar Məmmədbağır Bağırzadə ilə bağlı etiraflar da edib:
 
“Məmmədbağır Bağırzadə o qədər sadə insan idi ki. O fəxri ad alan günü biz toydaydıq, mənim yanımda oturmuşdu. Dedi ki, çox tez oldu. O böyüklükdə olan sənətkar deyirdi ki, mən bundan sonra nə edəcəyəm? Ömrü boyu çalışmalıyam ki, o ada layiq olum. İlk dəfə sənətə gələndə Məmmədbağır Bağırzadə və Zeynəb Xanlarovanın mahnıları ilə başlamışam. Demək olar ki, Türkiyəyə ilk qapılar açılanda gedənlərdən olmuşam. Onun mahnılarını Türkiyədə oxuyurdum, bütün stadion ayağa qalxırdı. Məmmədbağırın mahnılarını bu gün çox adam oxuyur. Halallıq olmalıdır, adını çəkmək lazımdır efirlərdə. Çünki bu gün toylarda elə sənətçi yoxdur ki, onun mahnılarını oxumasın. Məmmədbağırın hamının çiynində haqqı var” deyə müğənni bildirib.
Link kopyalandı!
Son xəbərlər