“Onun Ukrayna ilə bağlı apardığı siyasətdə və söylədiklərində təəccüblü heç nə görmürəm, çünki...”
Ekskluziv
509
22 Feb 2025 | 20:25

“Onun Ukrayna ilə bağlı apardığı siyasətdə və söylədiklərində təəccüblü heç nə görmürəm, çünki...”

“Bütün bunlarla belə mən düşünmürəm ki, hazırkı ABŞ prezidentinin siyasəti nəticəsində Avropa Birliyində və ya NATO-da parçalanma olacaq...”
 
“Trampın Ukrayna ilə bağlı apardığı bu siyasət və söylədiyi fikirlərdə mənim üçün təəccüblü bir şey yoxdur. Ona görə ki, Tramp bunları əvvəlcədən deyirdi və ya bunlara işarə edirdi. O, 2016-2020-ci illərdəki ilk prezidentlik dövründə də Ukrayna ilə bağlı müəyyən dərəcədə balanslı siyasət aparırdı.  Bundan əlavə, Tramp öz kitabında da yazıb ki, NATO-ya və s. qurumlara çəkilən xərclərlə bağlı ABŞ-nin yükü çoxdur və bunlar azaldılmalıdır, eyni zamanda NATO-ya üzv dövlətlərin xərcləri artırılmalıdır. Məsələn, birinci prezidentliyi zamanı Merkelə təzyiq edirdi ki, Almaniya Şimali Atlantika Alyansının bir sıra xərclərini öz üzərinə götürdü. Və ABŞ prezidenti bu addımında uğur qazandı. Doğrudan da Almaniya NATO-nun bir sıra xərclərini öz üzərinə götürdü”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında beynəlxalq siyasət üzrə analitik Teymur Qasımlı ifadə edib.
 
“Trampın kollektiv Qərbi parçalamaq siyasətinə gəldikdə, bəli, onun Avropa dövlətləri ilə kifayət qədər fikir ayrılıqları var. Xüsusən də Ukrayna məsələsində... Bilirsiniz ki, Münhen Təhlükəsizlik Konfransından sonra Makronun təşkilatçılığıyla Parisdə Avropa liderlərinin görüşü oldu. Hesab edirəm ki, Avropa ölkələri Ukraynada Rusiya ilə savaşda maddi dəstək vermək üçün həm maraqlıdırlar, həm maraqlı deyillər. Amma mənim üçün diqqətçəkən məqam odur ki, son vaxtlar Fransa bu məsələlərdə daha aktiv rol oynayır, Ukraynaya dəstək verir.  Və o da var ki, Tramp və Avropa dövlətlərinin liderləri Rusiya-Ukrayna cəbhəsində atəşkəs əldə edilməsi fikrində ortaqdırlar. Bütün bunlarla belə mən düşünmürəm ki, hazırkı ABŞ prezidentinin siyasəti nəticəsində Avropa Birliyində və ya NATO-da parçalanma olacaq. ABŞ vitse-prezidenti Münxen Təhlükəsizlik Konfransında Avropa ölkələrinə üzünü tutub dedi ki, sizin düşməniniz nə Rusiyadır, nə də Çin, sizin düşməninoz daxilinizdəki problemlərdir”, -deyə həmsöhbətimiz davamında bildirib.
 
“Bilirsiz, Tramp sadəcə bazarlıq edir, bir biznesmen kimi davranır. Avropa dövlətlərinə təzyiq edərək Amerikanın istehsal etdiyi və nəzarətində olan silahları satmaq məqsədi güdür. Məsələn, o, birinci prezidentlik dövründə də bu yollarla “F-35”-ləri satdırırdı.  Bu gün də Tramp eyni siyasəti davam etdirir. Düzdü, siyasətində qəribəliklər çoxdur. Məsələn, bildiyimə görə, onun düşmən elədiyi Çinin maliyyə naziri dünən amerikalı həmkarıyla görüşüb müxtəlif məsələləri müzakirə ediblər”-deyə analitik diqqətə çatdırıb.
 
S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər