Bizi sosial şəbəkələrdən izləyin:
“Heç vaxt özümü “dartmamışam”, özümdən razı olmamışam. Ona görə də bilmirəm ki, etsəm necə olar? Mənim ucalığım, səmimiliyim, çoxunda olmayan sadəliyimdir, bütün insanlara məni sevdirən, daxili, xarici gözəlliyimdir. Bu şeiri özümə yazmışam. Özlərini “göylə” aparan aktyorlarımız var. Qonorarları da bahadır. Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin. Amma unutmasınlar ki, onların heç biri Həsən Məmmədov qədər filmə çəkilməyiblər və onun qədər sadə deyillər. Həsən Məmmədov o qədər sadə idi ki, adam istəyirdi onu bağrına bassın. Həmin aktyorların heç dostları da yoxdur”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Tariyel Qasımov bildirib.
Xalq artisti Özbəkistanda filmə çəkiləcəyini də deyib.
“Özbəkistanda bizim Eldar Məmmədov adlı həmyerlimiz yaşayır. O “Özbəkfilm” də 2 seriyalı filmin çəkilişlərinə başlayacaq. Qardaşı Telman mənə deyib ki, Eldar səni çağıracaq, imtina etmə. Filmin may ayından sonra çəkilməyi planlaşdırılır” deyə aktyor bildirib.
Xalq artisti bildirib ki, 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunan 3 sənətkardan biridir:
“Bir neçə il bundan əvvəl təqdimatım “Şöhrət” ordeninə getsə də, “Əmək” ordeni ilə təltif olundum. Bu hadisəyə görə bikef olmuşdum. Bir gün çox hörmətli Fərəh xanım bizim teatrda idi. Məni təbrik etdi, ünvanıma xoş sözlər söylədi. Dedi ki, bu fəxri adı sizə cənab prezident verib, o sizi böyük aktyor hesab edir. Hətta dedi ki, “Şöhrət” ordeni ilə təltif olunanlar çoxdur, amma “Əmək” ordeni hər adama verilmir. Həqiqətən də sonra araşdırdım, gördüm ki, bu fəxri adla məndən əvvəl Tahir Salahov və görkəmli alimimiz, akademik Yaqub Mahmudov təltif olunub. Mən Dağıstanda teatr açmışam, İrəvanda teatr açılanda ilk dəfə “Sevil” əsərində Balaş rolunda çıxış etmişəm. Bu orden mənim əməyimə görə verilib” deyə sənətkar bildirib.