Ekskluziv
1322
22 Feb 2025 | 08:39

"Bəziləri İsraildən qorxur, lakin biz qorxmuruq və qorxmayacağıq..."-Pezeşkiandan sərt bəyanat

"Bəzi insanlar İsraildən qorxurlar, çünki o, Amerika tərəfindən dəstəklənir, lakin biz qorxmuruq və qorxmayacağıq..."
 
Moderator.az xəbər verir ki, İranın İRNA agentliyinin yaydığı məlumata görə, bunu İran prezidenti Məsud Pazeşkian Tehran əyalətinin qərbində ziyalılar ilə görüşündə İsrail rejiminin Qəzza və Livandakı cinayətləri və insan haqları iddiaçılarının bu cinayətləri dəstəkləməsinə toxunaraq deyib.
 
“Heç bir oyanıq şüur ​ cinayətkar İsrailin Qəzza və Livanda müdafiəsiz insanlara qarşı etdiklərini qəbul etməz. Amerika və Avropa sionist rejimin vəhşiliklərini dəstəkləməklə yanaşı, onu bomba və silahlarla təmin etməklə də dəstəklədilər”, -deyə prezident bildirib.

Danışıqların ləyaqətlə aparılmalı olduğunu vurğulayan Pezeşkian türk atalar sözünü də sitat gətirərək deyib:

“Biz ləyaqətimizə xələl gətirməyəcəyik, namərdlərin körpüsündən keçməyəcəyik, sel bizi aparsa da, tülkü kölgəsində yatmayacağıq, aslan bizi yesə də... Belə olmaz ki, bizim boğazımızdan yapışıb onlara istədikləri imtiyazları versinlər, sonra da danışıqlar apardığımızı desinlər”.

"Onlar bizi hədələməklə istədiklərini etməyə məcbur edə biləcəklərini düşünürlər. Biz insanıq və ləyaqətlə danışıqlar aparırıq, amma gücə boyun əymək niyyətimiz yoxdur... Əgər regionda yaşayan 1 milyard müsəlman qardaş olsaydı, iki milyon əhalisi olan soyqırımçı sionist rejimi müsəlmanlar üçün belə bir vəziyyət yarada bilməzdi. Bizi müxtəlif etnik və dini qruplara ayırıb bir-birimizə qarşı qoydular...
 
Bu körpə qatili olan rejim cinayətlər törədir və heç kim onları məsuliyyətə cəlb etmir, çünki Amerika onları müdafiə edir... Bəzi insanlar İsraildən qorxurlar, çünki o ölkə Amerika tərəfindən dəstəklənir, lakin biz qorxmuruq və qorxmayacağıq, bu, bizim cəmiyyətimizə yaraşmır",- deyə Pezeşkian vurğulayıb.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər