Amerikalı astronavtlar Ayın görünməyən tərəfində musiqi eşidib: NASA bunu uzun müddət gizlədib
Ekskluziv
991
21 Feb 2025 | 23:39

Amerikalı astronavtlar Ayın görünməyən tərəfində musiqi eşidib: NASA bunu uzun müddət gizlədib

"Uçuş zamanı Yer ilə əlaqə bir neçə dəfə kəsilib, lakin naməlum musiqi davam edib..."
 
ABŞ-ın kosmik agentliyi yarım əsrdən çox öncə baş vermiş sirli hadisənin bəzi detalları barədə açıqlama verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "hibiny.ru" nəşri yazıb.
 
Məlumatda deyilir ki, NASA 1969-cu ildə Aya uçuş zamanı baş verən ən müəmmalı hadisələrdən birinin üstünü açıb. Agentlik "Apollon-10" missiyasının iştirakçılarının eşitdiyi səslərin əvvəllər yayımlanan qeydlərlə uyğun gəlmədiyini etiraf edib.
 
Missiyanın son mərhələsində amerikalı astronavtlar qəribə, musiqiyə bənzər səslər eşidib. Onların fikrincə, bu melodiyanın mənbəyi Ayın görünməyən tərəfində yerləşib. Bəzi cihazların göstəriciləri də bunu təsdiqləyib.
 
Uçuş zamanı Yer ilə əlaqə bir neçə dəfə kəsilib, lakin naməlum musiqi davam edib. Qeydiyyat cihazları astronavtların eşitdiyi səslərin zəif əks-sədasını qeydə alıb.
 
"Apollon-10" Yerə qayıtdıqdan sonra NASA rəhbərliyi rəsmi hesabatlardan bu hadisə ilə bağlı bütün qeydləri silib. 2018-ci ildə həmin səsyazılar internetdə yayılsa da, NASA bunu, sadəcə, radio dalğalarının üst-üstə düşməsi kimi izah edib.
 
Yalnız 2025-ci ildə agentlik astronavtların həqiqətən nəsə eşitdiyini etiraf edib, lakin yayımlanan səsyazıların missiya iştirakçılarının təsvir etdiyi səslərlə uyğun gəlmədiyini bildirib.
 
Maraqlıdır ki, sovet kosmonavtları da bənzər "musiqi" eşitdiklərini iddia edib. Məsələn, kosmonavt Georgi Qreçko bu səslərin radionun deyil, elə bil hər tərəfdən yayıldığını deyib. Astronomlar isə hesab edir ki, Ay elektromaqnit dalğalar buraxır və müəyyən şəraitdə bu dalğalar səsə, hətta musiqiyə çevrilə bilər.
 
Məlumat üçün deyək ki, "Apollon-10" missiyasının əsas məqsədi insanın Aya enişinin bütün texniki detallarını sınaqdan keçirmək olub. Missiya çərçivəsində Ay proqramının bütün mərhələləri test edilib, lakin astronavtlar səthə enməyib.
Link kopyalandı!
Son xəbərlər