Media mitinqlərdə, o cümlədən “Krallara Yox” aksiyasında yüzlərlə etirazçının iştirak etməsi haqda məlumat yayıb.
Mitinqlərdə insanlar Trampın və onun müşaviri, milyarder və administrasiyanın sözlərinə görə, federal xərcləri azaltmaq üçün vəzifəyə təyin edilmiş Hökumətin Səmərəliliyi Departamentinin ("DOGE") rəhbəri İlon Maskın siyasətini pisləyirlər.
Bostonda 1000-ə yaxın insan “İlon Mask getməlidir” və digər şüarlar səsləndirərək qar yağışı altında meriyaya doğru yürüş edib. Etirazçıların plakatlarından birində Sem dayının “Müqavimət göstərməyinizi istəyirəm" yazısı ilə şəkli əks olunub.
Jurnalistlər iki yeniyetmə oğlu ilə mitinqə gələn Boston mühəndisi, 55 yaşlı Emili Manninqdən sitat gətirirlər: "Amerika dəyərləri plutokratiyanın və ya bir qrup cılız düşüncəli milyarderlərin dəyərləri deyil".
Xatırladılır ki, ABŞ-də fevralın hər üçüncü bazar ertəsi Prezidentlər Günü (Corc Vaşinqtonun doğum günü) qeyd edilir. Bu federal bayram 22 fevral 1800-cü ildə anadan olmuş ABŞ-nin ilk prezidenti Corc Vaşinqtonun şərəfinə 1879-cu ildən qeyd edilməyə başlanmışdır. Bu il Prezident günü fevralın 17-nə təsadüf edib.
Bundan əvvəl Donald Trampın Manhettenə pullu girişi ləğv etdikdən sonra özünü “kral” adlandırması ilə bağlı söhbətlər gedib. Tramp sosial şəbəkədə yazıb: "Yaşasın kral!" Eyni zamanda, onun taclı şəkli "Time" jurnalının üz qabığında görünüb.
S.Laçın