Məşhur ABŞ yazıçısı Tramp və Maskı
Ekskluziv
1492
21 Feb 2025 | 08:48

Məşhur ABŞ yazıçısı Tramp və Maskı "Putinə pərəstiş edən satqınlar" adlandırdı...

Məşhur amerikalı yazıçı Stiven Kinq bildirib ki, o, prezident Donald Tramp və iş adamı İlon Maskı “Putinə pərəstiş edən” satqınlar hesab edir.
 
Moderator.az  "TSN"-ə istinadla xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
 
O, ABŞ prezidenti Donald Trampın “Putinə pərəstiş edən” xain olduğunu bildirib və əlavə edib ki, bu, “iki dəfə çox İlona aiddir”.
 
Sosial şəbəkə istifadəçiləri yazıçının paylaşımlarını aktiv şəkildə şərh edir, bəziləri onu dəstəkləyib, digərləri isə onun sərt tonunu bəyənməyib.
 
Bundan əvvəl ABŞ-də Tramp, Mask və "DOGE"-yə( Hökumətin Səmərəliliyi Departamenti) qarşı etirazlarla sarsıldığı bildirilib.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər