“Azərbaycanda elə ordu birləşmələri formalaşıb ki...”
Ekskluziv
1793
20 Feb 2025 | 14:11

“Azərbaycanda elə ordu birləşmələri formalaşıb ki...”

“Vətən müharibəsindən sonra Azərbaycan elə ordu birəllşmələri formalaşıb ki, bu birliklər istənilən düşməni qısa zamanda məğlub etməyə qadirdir”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycanın mövcud hərbi-iqtisadi qüdrəti ona istənilən təhlükəni dəf etməyə imkan verir:

“Azərbaycan Ordusu Vətən müharibəsindəki dövrlə müqayisədə öz gücünü, peşəkarlığını dəfələrlə artırıb. Bu gün Azərbaycan ordusu yalnız region deyil, dünya miqyasında ən inkişaf etmiş, peşəkar ordulardan biridir. Bu fakt Ermənistan, ona havadarlıq edən qüvvələr tərəfindən unudulmamalıdır.

İrəvan anlamalıdır ki, ona kimlərin dəstək verməsidən, onu kimlərin silahlandırmasından asılı olmayaraq, Ermənistan heç vaxt Azərbaycanla mübarizədə üstünlük əldə edə bilməz. Əksinə, yeni bir qarşıdurma Ermənistan üçün yeni məğlubiyyətdən başqa bir şey olmayacaq”.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər