Ekskluziv
1910
20 Feb 2025 | 07:57

"Mövqeləri bərpa etmişik, düşməni geri oturdaraq irəliləyirik..."-Ukrayna döyüş komandiri...

Düşmən intensivliyini azaltsa da, hücum əməliyyatlarını davam etdirir...
 
Pokrovsk istiqamətində Rusiya işğalçıları intensivliyini azaldıblar, lakin hücum hərəkətləri hələ də davam edir.

Moderator.az xəbər verir ki, bu barədə 68-ci əlahiddə yeger briqadasının pilotsuz zərbə tağımının komandiri Vyaçeslav Ukraynanın "Espresso" kanalının efirində danışıb.

“Şəhəri mühasirəyə almaq üçün Pokrovskdan qərbdən yan keçməyə çalışan düşmən uzun müddət bizimlə üzbəüz gələ bilmədi.Orada vəziyyəti bir qədər stabilləşdirmişik. Komandamız cənubda şəhərin lap qarşısında işləyir. Hazırda düşmən intensivliyini azaldıb, amma deməzdim ki, düşmənin hücum hərəkətləri tamamilə dayanıb”, - deyə hərbçi qeyd edib.

O bildirib ki, əvvəllər düşmənin təxminən 20 piyadası müxtəlif istiqamətlərdən, müxtəlif mövqelərdən hücuma keçərək, hər bir-iki saatdan bir Müdafiə Qüvvələrinin mövqelərinə hücuma keçirdi. İndi hücumlar daha azdır.

"Biz hətta bəzi mövqeləri bərpa etmişik və düşməni geri oturdaraq irəliləyirik", - deyə Ukrayna komandiri vurğulayıb.

Xatırladılır ki, bazar günü, fevralın 16-da məlum olub ki, Ukrayna Müdafiə Qüvvələri Pokrovskdan beş kilometr cənubda yerləşən Peşçanoye kəndini azad edib .
Fevralın 18-i gün ərzində Rusiya-Ukrayna cəbhəsində 156 döyüş toqquşması baş verib . Müdafiə qüvvələri düşmənin ən qaynar istiqamətdə - Pokrovskdə 50 hücumunu dəf edib...
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər