Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, NATO öz mövcudluq tarixinin ən çətin sınağına – “ABŞ-sız günlərə” hazırlaşır.
Xatıraldaq ki, Donald Trampın hakimiyyətə gəlişi ilə ABŞ NATO dövlətləri qarşısında hərbi xərcləri kəskin şəkildə artırmağı tələb edib. Ağ Ev və Pentaqon hesab edir ki, ABŞ bugunə qədər Qərbin təhlükəsizliyi üçün Avropanın özndən daha çox narahatlıq keçirib və daha çox vəsait sərf edib. İndi isə Qəb öz təhlükəsizliyini öz vəsaiti hesabına təmin etməli, ABŞ büdcəsinə yük olmamalıdır. ABŞ siyasi rəhbərliyi onu da vurğulayıb ki, Qərb hərbi xərcləri artırmayacağı təqdirdə Ağ EV NATO-nu tərk edəcək.
İndiki şəraitdə Qərbin ABŞ-ın tələbini yerinə yetirəcəyi inandırıcı görünmür. Buna səbəb Ukraynaya böyük maliyyə və hərbi yardımı göstərən Qərbin maddi durumunun arzuedilən səviyyədə olmamasıdır. Bundan başqa, bəzi Qərb ölkələri hesab edir ki, ABŞ NATO-nun hərbi-siyasi nüfuzundan bütün digər ölkələrdən daha çox istifadə edir və bu səbəbdən də o, bu quruma daha çox vəsait sərf etməlidir. Bununla yanaşı, Qərbdə ABŞ-ın NATO-nu tərk etməsi ehtimalı kifayət qədər real görünür. Bu səbəbdən də Qərb ölkələri hesab edir ki, onlar indidən NATO-nu ABŞ-sız dönəmə hazırlamalı, təhlükəli məqamda hadisə və proseslərə Amerikasız müdaxilə etməyi bacarmalıdırlar. Hazırda Rumıniya, Bolqarıstan və Yunanıstanda keçirilən, minlərlə döyüşçnn qatıldığı təlimin daha çox bu məqsədlə gerçələşdiyi iddia olunur.
Seymur ƏLİYEV