Donald Trampın hakimiyyətə gəlişindən sonra ABŞ-ın Ukraynanı dəstəkləməkdən imtina edəcəyi, yaxud bu dəstəyi əhəmiyyətli dərəcədə azaldacağı ilə bağlı iddialar səslənməkdədir.
Maraqlıdır, əgər ABŞ və Qərb Ukraynanı yarı yolda buraxarsa, bu, dünyadakı digər dövlətlərin də Vaşinqton və Qərbə inamını əhəmiyyətli dərəcədə azalda bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“ABŞ-ın hazırki siyasəti bir çox dövləti ondan uzaqlaşdıracaq. Hətta illərin müttəfiqi Böyük Britaniya belə Tramp administrasiyasının siyasətindən narazıdır. Bu hesabla İsraildən başqa ABŞ-ın müttəqi qalmaycaq.
Tramp ölkəsinin iki qonşusu – Kanada və Meksikanı da özündə küsdürüb. Hər ikisinə rüsumlar tətbiq edib, ünvanlarına aşağılayıcı fikirləri söyləyib. Anlamaq çətindir ki, Meksika körfəzinin Amerika körfəzi adlandırmasının kimə nə faydası nədir?
Ukrayna ərazi bütövlüyü uğrunda savaşır və ukraynalılar onların başı üzərindən ABŞ – Rusiya razılaşmasını qəbul etməyəcəklər. ABŞ-a etibar qalmayıb, dövlətlər öz güclərinə arxalanmalı, həqiqi müttəfiqləri ilə hərəkət etməlidirlər. Bu, Azərbaycana da aiddir. Əlbəttə, ABŞ-la tərəfdaşlığı istəyirik, ancaq bu dövlətin siyasətindən uzaq durmaqda da fayda var”.
Seymur ƏLİYEV