"Putin hələ də Trampı çox məyus edə bilər. Biz yalnız çoxlu informasiya səs-küyünün olduğu prosesin başlanğıcındayıq, lakin heç bir nəticə yoxdur..."
ABŞ prezidenti Donald Tramp Rusiya diktatoru Vladimir Putinin ABŞ ilə problemləri başqa ölkələrin iştirakı olmadan birbaşa həll etmək arzusunu həyata keçirdi.
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib.
"Tramp Putinin arzusunu həyata keçirdi - o, həmişə ABŞ ilə avropalılar və ya başqaları olmadan problemləri birbaşa həll etməyə çalışıb. Onun fikrincə, bu həm də Moskvanın "bərabərhüquqluluğunu və əzəməti"ni etiraf etməkdir. Amma Trampın məqsədi Putinin böyüklüyü deyil, öz böyüklüyüdür və bunun üçün Putinə təzyiq etmək lazım olan yerdə o, təzyiq göstərəcək", - Kuleba "İnstaqram"da yazıb.
Onun fikrincə, ABŞ və Rusiyanın birbaşa danışmağa başlaması onların razılığa gəlməsi demək deyil.
"Bu, artıq Trampın birinci prezidentlik dövründə baş verib. Putin hələ də Trampı çox məyus edə bilər. Biz yalnız çoxlu informasiya səs-küyünün olduğu prosesin başlanğıcındayıq, lakin heç bir nəticə yoxdur. Hər şey hələ qabaqdadır", - Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri hesab belə edir.
Kuleba qeyd edib ki, Putinin Trampla sövdələşməsinin real göstəricisi qoşun hücumlarının və raket və dron atəşlərinin intensivliyinin azalması olacaq:
"Qalan hər şey boş söhbətlərdir. Amma bu da müharibənin sonunun yaxınlaşması demək olmayacaq, çünki Putin əsas məqsədi - Ukraynanın tam məhvini gündəmdən çıxarmayıb".
Üstəlik, Kuleba əmindir ki, Avropa nəhayət ki, ABŞ-nin onu köməksiz buraxdığını anlayıb. Onun fikrincə, bu, həm Avropa, həm də Ukrayna üçün yaxşıdır.
"Ancaq Avropa bununla bağlı nə edəcəyi haqda müzakirələrdə batağa düşə bilər. Bu, həm onun, həm də Ukrayna üçün pis olardı. Əgər həll yolları tapılmasa, Avropa İttifaqı ölkələrinin şəhərlərinə müharibə gələcək və Amerika köməyə gəlməyəcək", - o, izah edib.
Sabiq nazir qeyd edib ki, Ukrayna üçün çətin olacaq. Onun təbirincə desək, “imkan dəhlizi dar idi və getdikcə daha da daralır”. Bununla belə, Ukraynanın hələ də mübarizə aparmaq üçün resursları var. O hesab edir ki, bütün səylər daxili gücün gücləndirilməsinə, Ukrayna narrativunin dünyada təbliğinə və “Trampın süvari hücumunu ləngitməyə” yönəldilməlidir:
"Növbəti həftələrdə xəbərlərdə işıq axtarmayın. Bunu yaxınlarınızda və onlar üçün, Ukrayna müdafiə qüvvələri üçün nə edə biləcəyinizdə axtarın. Və unutmayın ki, sonda hər şey yaxşı olacaq və hələ yaxşı deyilsə, bu hələ son deyil".
Keçmiş baş diplomat həmçinin hər kəsi Ukraynaya beynəlxalq kontingentin göndərilməsi mövzusu ilə özünü aldatmamağa çağırıb.
“Avropa liderlərinin Ukraynaya qoşun yeritmək barədə ehtiyatlı danışmağa başlaması və diplomatların mümkün formatlar üzərində işləməsi faktı -bu, yaxşıdır, lakin bunlar bizim tərəfimizdə vuruşacaq döyüş birləşmələri deyil, tam hücumların qarşısını alacaq tamhüquqlu sülhməramlılar deyil", - deyə Dmitri Kuleba diqqətə çatdırıb.
S.Laçın