Ukrayna uzunsürən müharibədən yorulub, lakin əlverişsiz sülhə razı deyil.
Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri çıxış edib. Nəşrin məlumatına görə, sadəcə hərbçilər deyil, Rusianın hava hücuçundan əziyyət çəkən və davamlı olaraq sığınacaqlara üz tutmalı olan mülki ukraynalılar da Ukraynanın maraqlarına cavab verməyən sülhün imzalanmasını arzulamır.
Nəşr iddia edir ki, ukraynalıların böyük əksəriyyəti hesab edir ki, ölkələri müharibənin dayandırılması ilə bağlı ABŞ və Rusiya arasında gedən bütün danışıqlarda iştirak etməli, öz iradəsini azad şəkildə ortaya qoymalıdır. Əks təqdirdə, Ukrayna təmsil olunmadığı heç bir danışığın nəticələrini qəbul etməyəcək. 71 yaşlı Lidiya Odintsova bu məsələ ilə bağlı öz mövqeyini aşağıdakı kimi ifadə edir: “Biz qurbanlarıq. Biz bu danışıqlarda ilk “skripka çalmalıyıq”.
Bundan başqa, nəşr qeyd edib ki, Ukrayna etibarlı və davamlı təhlükəsizlik infrastrukturu yaradılmadan Rusiya ilə əldə edilən istənilən razıllaşmanı mənasız hesab edir.
Seymur ƏLİYEV