Ekskluziv
398
18 Feb 2025 | 21:21

"Çox güman ki, Ər-Riyaddakı görüşdə Ukrayna savaşı ilə yanaşı, Çin və İran məsələləri də müzakirə olunur...”

“İranın Çindən nüvə komponentləri daşıması haqda deyilənlərin nə dərəcədə gerçək olduğunu söyləmək çətindir. Amma...”
 
Bu günlərdə"CNN" telekanalı Qərb mənbələrinə istinadla məlumat yayıb ki, İran raket proqramını gücləndirməyə davam edir və bərk raket yanacağı istehsalı üçün lazım olan materialları daşıyan və hər biri min ton Çin istehsalı kimyəvi maddə daşıyan iki gəmidən birincisi  Çindən Bəndər Abbas limanına çatıb. 
 
Görəsən, bu haqda məlumatlar gerçəkliyə nə dərəcədə uyğundur?
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov bunları söyləyib:
 
“İranın Çindən nüvə komponentləri daşıması, guya artıq həmin komponentlərlə yüklənmiş ilk gəminin Bəndər Abbas limanına daxil olması haqda deyilənlərin nə dərəcədə gerçək olduğunu söyləmək çətindir. Çünki bu haqda  “CNN” kimi ciddi media qurumu məlumat yaysa da, hansısa xarici rəsmi mənbə tərəfindən təsdiqini tapmayıb. Amma belə ehtimal ola bilər. Və mən onu da düşünürəm ki, böyük ehtimalla bu günlərdə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyaddakı ABŞ-Rusiya rəsmilərinin görüşündə  Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, Çin və İran məsələləri də müzakirə olunur. Xüsusən də Çinin Yaxın Şərqlə əlaqələrini məhdudlaşdırmağın yolları... 
 
O da var ki, indiyədək İran Çinə neftini ucuz qiymətə satıb. Ancaq İran Çinə neft satışından heş vaxt konkret pul vəsaiti götürməyib, pul əvəzinə hansısa mallar, əmtəə verilirdi. Həmin əmtəənin isə sadəcə geyim paltarı, yaxud məişət məhsullarından  deyil, ciddi, strateji məhsullardan ibarət olması mümkündür...”
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər