Ekskluziv
1645
15 Feb 2025 | 23:17

"Xoşbəxt olmağın və insanlara xoş gəlməyin sirri nədədir?" - Sofi Loren

"Məşhur aktrisanın tövsiyələri qadınlara istənilən kişini valeh etməyə və özlərinə inam tapmağa kömək edəcək..."
 
Sofi Loren təkcə misilsiz gözəlliyi deyil, eyni zamanda böyük istedadı ilə dünya kinosunun əfsanəsinə çevrilib. Onun cazibəsi, özünəinamı və təbii zərifliyi onu XX əsrin ən cəlbedici aktrisalarından birinə çevirib. O, təkcə ekranları fəth etməyib, milyonlarla qadına ilham verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Styler" nəşri yazıb.
 
Sofi Loren kişilərə xoş gəlmək və xoşbəxt olmaq üçün hansı prinsiplərə əməl edib?
 
Özünəinam cazibənin təməlidir
 
Sofi Loren həmişə vurğulayıb: qadının cazibəsinin gücü onun özünəinamında gizlənir. Öz dəyərini bilən qadın başqalarının heyran baxışlarını cəlb edir. O, öz cazibəsinə şübhə etmir, xarizmasını və daxili gücünü ətrafa yayır. Aktrisa deyirdi: "Əgər qadın özünü sevərsə, ətrafındakılar bunu hiss edər və qarşılıq verər".
 
Təbii gözəllik ən yaxşı bəzəkdir
 
Sofi Lorenə görə, əsl gözəllik insanın özü ilə harmoniyada olmasıdır. O, həmişə təbiiliyin tərəfdarı olub və hesab edib ki, əsas olan baxımlılıq və parlaq bir baxışdır. Makiyaj yalnız üstünlükləri vurğulaya bilər, amma həqiqi cazibə insanın içindən gəlir.
 
Qadınlıq zəiflik deyil, gücdür
 
Sofi Loren zərif və incə olmaqdan qorxmayıb. O düşünürdü ki, qadın istər zərif hərəkətləri, danışıq tərzi, istərsə də geyim üslubu olsun, öz xüsusiyyətləri ilə qürur duymalıdır. Qadınlıq itaət deyil, insanları valeh edən bir gücdür.
 
Sirrli olmaq cəlbedicidir
 
Aktrisanın fikrincə, cazibənin əsas sirrlərindən biri insanlara təxəyyül üçün yer buraxmaq bacarığıdır. Sofi Loren deyirdi: "Bütün sirrlərinizi dərhal açmağa ehtiyac yoxdur. İntiriqa qadını qat-qat maraqlı edir." Kişilər onları düşündürən və xəyal qurmağa vadar edən qadınları daha çox qiymətləndirir.
 
Özünə hörmət xoşbəxt münasibətlərin açarıdır
 
Sofi Loren vurğulayırdı ki, özünü sevmədən harmonik münasibət qurmaq mümkün deyil. Öz dəyərini bilən qadın başqalarının təsdiqini gözləmir, özündən və həyatından zövq alır. Bu daxili rahatlıq onu daha cəlbedici edir.
 
Ağlını inkişaf etdirmək xarici görünüş qədər vacibdir
 
Əfsanəvi aktrisa həmişə qeyd edirdi ki, cazibədarlıq təkcə gözəl sima deyil, eyni zamanda maraqlı bir söhbət yoldaşı olmaqdır. Savad, maraqlılıq və həyata qarşı ehtiras- məhz bu keyfiyyətlər insanı valeh edir.
 
Özünüz olmaqdan qorxmayın
 
Bütün şöhrətinə və müstəqilliyinə baxmayaraq, Sofi Loren səmimiyyətin dəyərini etiraf edirdi. O, hesab edirdi ki, emosiyalarını göstərmək qadını zəif etmir, əksinə, onun gücünü nümayiş etdirir. Açılmaq, hiss etmək və paylaşmaq bacarığı həqiqi yaxınlığın açarıdır.
 
Özünü və zahiri görünüşünü qəbul et
 
Aktrisa həmişə vurğulayırdı: hər qadın unikaldır və onun ən böyük dəyəri məhz bu fərqliliyindədir. O, insanları özlərini başqaları ilə müqayisə etməməyə, əksinə, öz fərdi gözəlliklərini üzə çıxarmağa çağırırdı. Özünəinam və özündə üstünlükləri görmək bacarığı qadını həqiqətən bənzərsiz edir.
 
Sofi Lorenin məşhur deyimləri:
 
"Gözəllik içində necə hiss etdiyindir. O, gözlərində əks olunur".
 
"Həqiqi seksual cazibə ruhun dərinliklərindən gəlir".
 
"Kişilər qadınların qəlbinin açarının mehribanlıq olduğunu anlaya bilsəydilər, dünya tamam başqa cür olardı".
 
"Həyat həzz almaqdır. Özünüzü yanınızda yaxşı hiss etdiyiniz insanlarla əhatə edin".
 
"Don tikanlı məftil çəpəri kimi olmalıdır: funksiyasını yerinə yetirməli, amma baxışa mane olmamalıdır".
 
Sofi Loren təkcə gözəllik rəmzi deyil, həm də özünəinamın, ağlın və özünü sevməyin bir qadını həqiqətən valehedici etdiyini sübut edən bir nümunədir.
Link kopyalandı!
Son xəbərlər