02:40
7°C
Bakı
Nurəddin Mehdixanlı: “Bu yatırımların ən qiymətlisi isə tariximizdir”
“Biz dövlət və xalq olaraq hər zaman var olmaq istəyiriksə, gələcəyimizə yatırım qoymalıyıq. Bu yatırımların ən qiymətlisi isə tarixdir”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildiirb. Xalq artisti qeyd edib ki, tariximizin əslində olduğu kimi yazılması və təbliği olduqca əhəmiyyətlidir:
“Bu, çox vacib bir şeydir. Biz öz tariximizi yazıb-yaratmağa xüsusi diqqət yetirməli, hər şeyi dövlətin üzərinə atmamalıyıq. Vətəndaş olaraq, iş adamı olaraq, alim, araşdırmaçı, incəsənət nümayəndəsi olaraq edə biləcəyimiz hər şeyin ən mükəmməlini etməyə çalışmalıyıq. Yalnız bu halda biz gələcəyimizin təhlükəsizliyindən əmin ola bilərik”.
Seymur ƏLİYEV