Ekskluziv
769
15 Feb 2025 | 16:52

"Ukraynanın məğlubiyyəti Avropanı, amma həm də ABŞ-ı zəiflədəcək" - Ursula fon der Lyayyen

"Putin göstərməlidir ki, Ukraynanı məhv etmək ambisiyalarından əl çəkib..."
 
Ukraynanın təcavüzkar ölkə olan Rusiya Federasiyasına qarşı müharibədə məğlub olması Avropanı zəiflədəcək, lakin bu, həm də ABŞ-ı zəiflədəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayyen bəyan edib. Məlumatı "gordonua.com" nəşri yayıb.
 
Avropa Komissiyasının rəhbəri qeyd edib ki, bu "tarixin vacib anında" yeni böyük çağırışlar yaxınlaşır.
 
O, Ukrayna prezidenti Vladimir Zelenskinin yanaşmasını və təcacüzkar Rusiyanın
qeyri-legitim prezidenti Vladimir Putinin mövqeyini müqayisə etməyə çağırıb. Fon der Lyayen Zelenskinin ən çətin şəraitdə belə "sülhün bərqərar olması üçün işləməyə hazır olduğunu, ölkəsinin qurbanlarını və həlak olan həmvətənlərini ehtiramla yad etdiyini" vurğulayıb.
 
"Vladimir Zelenski əvvəldən bəyan edib ki, Ukrayna hamıdan çox sülh istəyir. Elə bir ədalətli və davamlı sülh ki, son illərin dəhşətləri bir daha təkrarlanmasın", - fon der Lyayen xatırladıb. - "Digər tərəfdən, prezident Putin görüşə hazır olduğunu deyir, amma hansı şərtlərlə? O, bu müharibənin davamında maraqlı olmadığını göstərməlidir".
 
Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, Putin həmçinin "Ukraynanı məhv etmək ambisiyalarından əl çəkdiyini nümayiş etdirməlidir".
 
"Ukraynanın məğlubiyyəti Avropanı zəiflədər, amma həm də ABŞ-ı zəiflədər. Bu, Hind-Sakit okean regionundakı çağırışları dərinləşdirər və ümumi maraqlarımıza təhlükə yaradar. Çünki biz görürük ki, dünyanın diktatorları qonşu ölkəyə hücum edib beynəlxalq sərhədləri pozanda cəzasız qalmağın mümkün olduğunu diqqətlə izləyir. Həqiqi çəkindirici amillər mövcuddurmu? Onlar bizi, atdığımız addımları izləyir. Məhz buna görə də biz hamımız düzgün addım atmalıyıq", - fon der Lyayen qeyd edib.
 
O, Ukraynanın "güc vasitəsilə sülhə ehtiyacı olduğunu" vurğulayıb. "Avropa güc vasitəsilə sülh istəyir. ABŞ prezidenti Trampın da açıq şəkildə bildirdiyi kimi, Amerika Birləşmiş Ştatları güc vasitəsilə sülhə sadiqdir. Buna görə də inanıram ki, birlikdə işləyərək biz bu ədalətli və uzunmüddətli sülhə nail ola bilərik", - Avropa Komissiyasının rəhbəri qeyd edib.
Link kopyalandı!
Son xəbərlər