“Rusiyanın hegemonluq dövrü geridə qalıb”
Ekskluziv
872
12:12, Bu gün

“Rusiyanın hegemonluq dövrü geridə qalıb”

Elçin Xalidbəyli: “Artıq Kremlin MDB məkanına təzyiq göstərməsi asan məsələ deyil”

 

Donald Trampın ABŞ-da növbəti dəfə hakimiyyətə gəlməsindən sonra Rusiya-Ukrayna müharibəsinə son qoyulması ümidləri artıb. Xüsusilə də Trampın son açıqlama və bəyanatları iki dövlət arasında 3 ilə yaxındır ki, davam edən müharibənin yaxın gələcəkdə başa çatacağı ehtimalı yüksəlməkdədir.

 

Maraqlıdır, Rusiya-Ukrayna müharibəsinin başa çatması Kremlin MDB məkanına, eləcə də Cənubi Qafqaza təzyiqini artıra bilərmi?

 

Moderator.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

 

“Təbii ki, Rusiyanın Ukrayna savaşında başının qarışması Kremlin MDB məkanındakı təsir imkanlarını məhdudlaşdırır. Eyni zamanda, bunu təsir mexanizmlərinin məhdudlaşması kimi də dəyərləndirmək mümkündür.

 

Hazırda dünyamızda ciddi və dəyişkən proseslər müşahidə edilir. Bu əsnada Rusiyanın əvvəlki gücündə olmadığı da inkaredilməz reallıqdır. Hətta Ukrayna müharibəsi sona çatsa belə, Rusiya MDB məkanında əvvəlki hegamonluq imkanlarını bərpa eləməkdə çətinlik çəkəcək. Başqa sözlə desək, Azərbaycana Rusiyanın təsiri əvvəlki səviyyədə ola bilməz. Çünki Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib və eyni zamanda, dünyanın ən güclü ordularından birinə sahib olan, NATO üzvü olan Türkiyənin strateji müttəfiqidir. Rusiyanın Azərbaycanla qarşıdurmaya getməsi həm də onun Türkiyə ilə qarşıdurmaya getməsi deməkdir. Bunu isə Kreml çətin ki, arzulasın. Bu baxımdan, Azərbaycan Rusiya üçün əlçatmaz bir ölkədir.

 

Digər türkdilli ölkələr də Rusiya üçün əvvəlki qədər əlçatan deyil. Keçmiş SSRİ məkanındakı ölkələr Rusiyanın ətrafından uzaqlaşaraq güclü ittifaqlara doğru yönəlməyə başlayıblar. Türkdilli dövətlərin özünün də ortaq fəaliyyət məkanı formalaşmaqdadır. Rusiyanın bu məkana təzyiq göstərməsi inandırıcı deyil.

 

Bir sözlə, Ukrayna müharibəsi başa çatandan sonra Rusiyanın MDB məkanına təzyiq göstərməsi o qədər də asan məsələ deyil. Rusiya üçün hegemonluq dövrü geridə qalıb”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər