Ekskluziv
995
08:53, Bu gün

"Putinlə danışıq aparsanız, o sizi aldadacaq və son anda..."-VİDEO

"Putin tezliklə gedəcək və Rusiya azad olacaq. Bu baş verdikdə demokratik dəyişiklik üçün qısa bir fürsət pəncərəsi olacaq və o vaxta qədər dəqiq bir fəaliyyət planı olmalıdır..."
 
Rusiyanın mərhum müxalifət lideri Aleksey Navalnının xanımı, siyasətçi, Yuliya Navalnaya fevralın 14-də Almaniyada Münhen Təhlükəsizlik Konfransında çıxış edib. 
 
Moderator.az "Meduza"ya istinadla xəbər verir ki, onun çıxışı Münhen Konfransı "YouTube" kanalında yayımlanıb. Yuliya Navalnayanın çıxışından əsas məqamları “Sirena” nəşri təqdim edib.
 
Navalnaya çıxışının əvvəlində bildirib ki, bir il əvvəl, 2024-cü il fevralın 16-da əri, siyasətçi Aleksey Navalnı Rusiyanın cəzaçəkmə koloniyasında öldürülüb. O, Rusiya prezidenti Vladimir Putini onun qətlində ittiham edib.
 
Navalnaya çıxışı zamanı Ukrayna ilə bağlı danışıqlara da toxunaraq belə deyib: "Qərb siyasətçiləri Putinlə dialoqa can atırlar, lakin heç bir halda onunla danışıqlar aparmaq olmaz. Çünki onun gedişindən sonra onunla hər hansı razılaşma ya pozulacaq, ya da öz mənasını itirəcək”, - deyə "Sirena" yazır.
 
“Əgər siz Putinlə danışıqlar aparmaq qərarına gəlsəniz, sadəcə unutmayın: o sizi aldadacaq, yalan danışacaq,  son anda qaydaları dəyişəcək və sizi öz oyununu oynamağa məcbur edəcək”, - Yuliya Navalnaya bildirib.

"Putin tezliklə gedəcək və Rusiya azad olacaq", - Navalnaya bildirib. Bu baş verdikdə, o, "demokratik dəyişiklik üçün qısa bir fürsət pəncərəsi olacağını" söylədi və o vaxta qədər dəqiq bir fəaliyyət planı olmalıdır.

“Bu plan hazırda gizlənən, ölkə daxilində daxili mühacirətdə olan milyonlarla ruslara və real mühacirətə getmiş, lakin mümkün qədər tez qayıtmaq arzusunda olanlara yönəlməlidir. "Rusiyanı sevənlərə və ona inananlara... Necə ki, mənim ərim Aleksey Navalnı da onu sevirdi və ona inanırdı...",- dedi Yuliya Navalnaya vurğulayıb.

O, beynəlxalq ictimaiyyəti Rusiyanın demokratik qüvvələrini dəstəkləməyə çağırıb.

 
 

 

Link kopyalandı!
Son xəbərlər