“Ermənistan Azərbaycana təzminat ödəməyə borcludur”
Ekskluziv
439
18:59, Bu gün

“Ermənistan Azərbaycana təzminat ödəməyə borcludur”

Asim Mollazadə: “Bu, həm ədalətin, həm də beynəlxalq hüququn tələbidir”

 

“Ermənistan işğal dönəmində vurduğu ziyana görə Azərbaycana təzminat ödəməyə borcludur”.

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, bunun üçün Azərbaycan bütün gərəkli addımları atır və bundan sonra da atacaq:

 

“Ermənistan işğal dönəmində bəşər tarixində misli-bərabəri olmayan fəlakətlər, talan və dağıntılar törədib. Bütöv şəhərlər, kəndlər yer üzündən silinib. Evlər, sənaye obyektləri, tarixi abidələr, məscidlər və s. ilə yanaşı, təbiətə də divan tutulub. Meşələr qırılıb, su hövzələri çirkləndirilib, təbii ehtiyatlar vəhşicəsinə istismar edilib. Buna görə də, Azərbaycan haqlı olaraq Ermənistandan təzminat ödənilməsini tələb edir. Əslində bu, həm ədalətin, həm də beynəlxalq hüququn tələbidir.

 

Azərbaycan bu istiqamətdə konkret addımlar atıb və bundan sonra da bütün gərəkli addımları atmaqda davam edəcək. Bu, Azərbaycanın haqqıdır və heç bir güc bizi haqqımızdan imtina etməyə, geri çəkilməyə vadar edə bilməz”.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər