Tramp-Putin danışığından sonra Çindən Ukrayna ilə bağlı hansı təklif gəldi?..- “The Wall Street Journal”
Ekskluziv
747
10:10, Bu gün

Tramp-Putin danışığından sonra Çindən Ukrayna ilə bağlı hansı təklif gəldi?..- “The Wall Street Journal”

Çin Rusiya və Amerika prezidentləri Vladimir Putin və Donald Trampın görüşü üçün sammit təşkil etməyi təklif edib.
 
Moderator.az  xəbər verir ki, bu barədə mənbələrə istinadla “The Wall Street Journal” məlumat yayıb.
 
Pekinin təklif etdiyi görüşün formatına Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı daxil deyil.
 
Pekin görüşü təşkil etməklə yanaşı, müharibədə mümkün atəşkəsdən sonra sülhməramlı səylərə töhfə verməyə hazır olduğunu bildirib. Təklifdə xüsusilə Çinin qarant rolundan və sülhməramlıların göndərilməsindən bəhs edilir.
 
“ABŞ və Avropa Rusiya və Çin arasında sıx münasibətlərə görə bu təşəbbüsə şübhə ilə yanaşır. Bu, tamamilə qeyri-mümkündür”, – nəşrin Ağ Evdəki mənbəsi bildirib.
 
S.Laçın
 
 
Link kopyalandı!
Son xəbərlər