Bizi sosial şəbəkələrdən izləyin:
Özbəkistanda İsraildən sərnişin götürməkdən boyun qaçıran və onları zorla maşından aşağı atan yerli taksi sürücüsünün hərəkəti ilə bağlı qalmaqal yaranıb.
Moderator.az xəbər verir ki, bu barədə "Qolos İzrailya" (“İsrailin səsi”) telegram -kanalı məlumat yayıb.
Hadisə sürücünün son ünvanın İsrail səfirliyi olduğunu öyrənməsindən sonra baş verib.
Taksi sürücüsünün özünün dediyinə görə, o, bunu qondarma “azad Fələstinə” dəstək üçün edib və israilliləri “alçaqlar” adlandırıb.
“İsrailli əclafları getdikləri yerin İsrail səfirliyi olduğunu bildikdən sonra onları maşından atdım”, - deyə taksi sürücüsü bildirib.
Lakin onun hərəkətləri nəticəsiz qalmadı. Polis qanun pozucusunu saxlayıb, 10 sutka inzibati həbs cəzası verib, onunla izahat söhbəti də aparıb.
Sürücü daha sonra kamera qarşısında üzr istəyib.