“Ola bilər ki, sərçələrlə Bakıda həmişəlik vidalaşaq” - ekoloqdan həyəcan TƏBİLİ
Ekskluziv
376
14:36, Bu gün

“Ola bilər ki, sərçələrlə Bakıda həmişəlik vidalaşaq” - ekoloqdan həyəcan TƏBİLİ

Azərbaycanda sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid 4 cins, 6 növ qeydə alınıb. Əvvəlki dövrlərdə ölkəmizdə qeydə alınan 6 sərçə növündən dam sərçəsinin sayı çoxluq təşkil edirdi. Bu sərçələr xüsusən də pəncərələrin önündə, parklarda, müxtəlif istirahət məkanlarında və insanların sıx toplaşdığı ərazilərdə gözə dəyirdi. Lakin son illər paytaxtda sərçələrin sayı demək olar ki, yox səviyyəsindədir. Yem bazası olan bitkilərin az olması onların yaşamına ciddi təsir edib.
 
Moderator.az-a açıqlama verən Coğrafiya institunun şöbə müdiri, ekoloq Ənvər Əliyev deyir ki, sərçələrin az olmasının başqa səbəbləri də var.
 
“Sərçələrin olmamazlığına bir səbəb də onlarım yumurtalarını yeyən qarğaların çox olmasıdır. Çünki bu quşlar başladılar sərçələrin yumurtalarını yeməyə. Sərçələrimiz ona görə bu dəqiqə yoxdur. Qaraquşlar da, bağ toyuqları da vardı, hansı ki, bülbül kimi oxuyurdular. Onlar da yoxdur, artıq oxumurlar. Gözəl quşlar idi. Bütün bu quşların yumurtaları qarğaların qidasına çevrildi. Ona görə də yox oldular. Amma sərçələrin paytaxtda yenidən artmasını istisna etmirəm. Çünki təbiətdə həmişə dövrlü hərəkət qanun edir. Yəni olur qurtarır və yenidən olur. Yəqin ki, sərçələrin yenidən bərpası üçün zaman yetişəcək. Daha münasib iqlim şəraiti,  qida ehtiyatı lazımdır ki, sərçələr yenidən artıb törəsinlər. Sərçələr laməkandırlar, nə qədər desən, harada desən yaşayırlar.  İşğal zonaları, müharibələr, atmosferə buraxılmış zibilli tozlar, çirkli havalar, barıt qoxusu da bitki heyvanat aləminə, torpağa mənfi təsir edir. Ola bilər ki, sərçələr yenidən ölkəmizdə bərpa olunsun, ola da bilər ki, sərçələrlə Bakıda birdəfəlik vidalaşaq. Çünki Bakı şəhərindəki sərçələr əkin sahələri bol olan, paytaxtdan kənar bölgələrə köç ediblər” deyə ekoloq bildirib.
Link kopyalandı!
Son xəbərlər