“Bizə düşmənlərimizi unutduran “humanizm” lazım deyil”
Ekskluziv
281
11:30, Bu gün

“Bizə düşmənlərimizi unutduran “humanizm” lazım deyil”

“Bizim yaddaş problemimiz var və biz düşmənlərimizi çox tez unuduruq”.

 

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, bugünə qədərki faciələrimizin əsas səbəblərindən biri məhz unutqanlıq olub:

 

“Biz keçmişimizlə bağlı bir çox həqiqəti, xüsusilə də düşmənlərimizi, onların bizə yaşatdıqlarını çox tez unuduruq. “Tolerantlıq”, “qonaqpərvərlik” və bu kimi ifadələr adı altında öz milli keçmişimizlə bağlı bir çox həqiqətə göz yumuruq. Bir müddətdən sonra bunun ağrısını yaşayırıq.

 

Hesab edirəm ki, biz milli yaddaşımızı qoruyub saxlamalı, bu yadddaşa duyarlı, həssas münasibət bəsləməliyik. Bizə düşmənlərimizi, yaşadığımız faciələri unutduran “humanizm” lazım deyil”.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər