Ekskluziv
913
00:04, Bu gün

"Trampın Qəzza ilə bağlı planı İordaniya və Misir tərəfindən sərt müqavimətlə üzləşib" - İsrail mətbuatı

"1948 və 1967-ci illərdə İordaniya böyük sayda qaçqın fələstinli qəbul edib, onlar Krallıq əhalisinin yarıdan çoxunu təşkil edir..."
 
İordaniya kralı II Abdullah ibn Hüseyn əl-Həşimi bu gün Ağ Evdə ABŞ prezidenti Donald Trampla gərgin görüş keçirəcək. Vaşinqtona kral rəsmi dəvətlə gəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co"   nəşri məlumat yayıb.
 
Ancaq bu görüş Abdullah üçün xoşagəlməz olacaq. Buna səbəb ABŞ prezidentinin Qəzza bölgəsi əhalisini Misirə və İordaniyaya köçürmək planına İordaniya kralının sərt müqavimət göstərməsidir.
 
Üstəlik, danışıqlar Trampın Misir və İordaniyaya milyardlarla dollarlıq ABŞ yardımını dayandıra biləcəyi barədə xəbərdarlığından cəmi bir gün sonra baş tutur. Tramp açıq şəkildə bildirib ki, əgər bu ölkələr Qəzzadan olan sakinləri qəbul etməsə, ABŞ yardımını kəsə bilər. Onun fikrincə, "İordaniya istər-istəməz Qəzzadan insanları qəbul edəcək".
 
Bundan əlavə, Tramp xəbərdarlıq edib ki, əgər HƏMAS fevralın 16-dəl qədər girovları azad etməsə, Qəzza "hər cür cəhənnəmi" yaşayacaq. Ağ Evin məlumatına görə, İordaniya kralı və vəliəhd şahzadə Hüseyn ibn Abdullah Oval kabinetdə Tramp ilə nahardan əvvəl qapalı görüş keçirəcək. Gözlənilir ki, Tramp onlara "imtina edilməsi mümkün olmayan təklif" irəli sürəcək.
 
İordaniya 1948 və 1967-ci illərdə artıq böyük sayda fələstinli qaçqını qəbul edib və hazırda bu insanlar krallığın əhalisinin yarısından çoxunu təşkil edir. İordaniya kral sarayının verdiyi açıqlamaya görə, İordaniya kralı artıq bu gün Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts ilə görüşüb.
 
"Misirlə vəziyyət daha mürəkkəbdir..."
 
Misir isə fevralın 18-də prezident Əbdülfəttah əs-Sisinin ABŞ-a planlaşdırılan səfərini təxirə salmaq niyyətindədir. Dünən Misir xarici işlər naziri Bədr Əbdül-Ati Vaşinqtonda ABŞ Dövlət katibi Marko Rubio ilə görüşüb və bölgədəki vəziyyəti müzakirə edib.
 
Misirli diplomat bildirib ki, ərəb dövlətləri Trampın fələstinliləri Qəzzadan çıxarmaq və bölgə üzərində ABŞ nəzarətini bərqərar etmək planını qəbul etmir. Görüşün nəticələrinə dair Misirin siyasi rəhbərliyinə təqdim olunan hesabatda ABŞ ilə Misir arasındakı münasibətlərin son 30 ilin ən ciddi gərginliyi qeyd edilib.
 
Tramp administrasiyasının yüksək vəzifəli rəsmiləri isə Qahirənin bu planla bağlı narahatlığını ifadə etməsinə çox mənfi reaksiya verib.
 
"İordaniya və Misir çətin vəziyyətdədir..."
 
Hər iki ölkə üçün vəziyyət çətindir. Trampın maliyyə yardımlarından təzyiq vasitəsi kimi istifadə etməsi İordaniyanın daha çox Səudiyyə Ərəbistanından asılı vəziyyətə düşməsinə gətirib çıxara bilər.
 
İqtisadi böhran içində olan Misir də oxşar problemlərlə üzləşir və maliyyə çatışmazlığı səbəbindən Qahirə və Əmman Trampın qəzəbinə tuş gələ bilər. Dogər tərəfdən, Səudiyyə Ərəbistanının onlara real dəstək verə biləcəyi dəqiq deyil.
Link kopyalandı!
Son xəbərlər