Bizi sosial şəbəkələrdən izləyin:
“Əgər Türkiyənin və Azərbaycanın marağında həmin yolun açılması varsa, onlar elə öz siyasi iradələri hesabına buna nail olacaqlar...”
“Hesab edirəm ki, Zəngəzur dəhlizi məsələsi artıq Ağ Ev üçün ən önəmli mövzulardan deyil. Çünki bu saat Trampın daha çox diqqət yetirdiyi məsələlər Ukraynadakı müharibə, Putinlə danışıqlar və sözsüz ki, Çinlə aparılan iqtisadi-siyasi rəqabətdir. Və bu halda belə təəssürat yaranır ki, bizim regionda, yəni Cənubi Qafqazda əhəmiyyətli rol oymaq potensialına İsrail və Türkiyə malikdir”.
Sabiq baş diplomat Tofiq Zülfüqarov bu fikri Moderator.az-a açıqlamasında “Amerikanın yenicə hakimiyyət başına gəlmiş Donald Tramp konkret olaraq Zəngəzur yolunun açılması məsələsinə necə münasibət bəsləyəcək, sizcə?” sualını cavablandırarkən ifadə edib.
“Əgər Türkiyənin və Azərbaycanın marağında Zəngəzur yolunun açılması varsa, onlar elə öz siyasi iradələri hesabına buna nail olacaqlar. Hazırda ABŞ üçün bu yolun açılıb-açılmamasının elə bir əhəmiyyəti yoxdur. Çünki artıq Azərbaycan və Gürcüstan arasında Amerika üçün gərəkli yollar işləyir və hətta Əfqanıstandakı əməliyyatlar dövründə həmin yol ən aktiv şəkildə istifadə olunub”,- deyə davamında keçmiş xarici işlər naziri diqqətə çatdırıb.
Sultan Laçın