Yeni yol nişanı peyda oldu: QARA PİŞİK...-NƏ DEMƏKDİR?..-FOTO
Ekskluziv
1224
10:10, Bu gün

Yeni yol nişanı peyda oldu: QARA PİŞİK...-NƏ DEMƏKDİR?..-FOTO

Yeni yol nişanı yollarda vəziyyəti xeyli yaxşılaşdırıb...
 
Uktaynanın Dnepr şəhərində - Vladimir Pilişenko küçəsində qara pişiyin təsvir olunduğu qeyri-adi yol nişanı quraşdırılıb
 
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın "Autotema" nəşri yazır.
 
Qeyri-rəsmi yol nişanı bir ildən çoxdur ki, fəalların sayəsində yaranıb və sürücülərin diqqətini yolun təhlükəli hissəsinə cəlb edir. Bu nişan avtomobillərin heyvanları, xüsusən də pişik, kirpi və tısbağaları tez-tez əzib həlak etməsi səbəbindən quraşdırılmışdır. Sürəti 50 km/saatla məhdudlaşdıran rəsmi nişana baxmayaraq, yolun bu hissəsində sürücülər tez-tez sürət həddini aşırlar.
 
Bu qeyri-adi nişanın görünməsindən sonra heyvanların hücumlarının sayı əhəmiyyətli dərəcədə azalıb. Nişan rəsmi olmasa da, sürücülərin yolun təhlükəli hissəsində ehtiyatlılığını artıran mühüm siqnala çevrilib.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər