Ekskluziv
734
10 Feb 2025 | 21:45

"Ramştayn" Qərbin Ukrayna strategiyasında dönüş nöqtəsi olacaq" - "The European Conservative"

"Ukrayna Hərbi-Hava Qüvvələri Brüsseldə keçiriləcək əsas sammit ərəfəsində gücləndirilir..."
 
Brüsseldə keçiriləcək Ukrayna üzrə sammit Qərbin strategiyasında dönüş nöqtəsi olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Macarıstanın "The European Conservatuve" nəşri yazıb.
 
Donald Tramp artıq hərbi yardımı yenidən qiymətləndirmək niyyətində olduğunu bəyan edib. Bu, Avropa tərəfdaşlarının daha böyük öhdəliklər götürməsinə səbəb ola bilər. Qərb Ukrayna strategiyasını yenidən tənzimləyərək, onun hava qüvvələrini gücləndirir və diplomatik təzyiqləri artırır.
 
Fevralın 12-də  Brüsseldə ABŞ prezidenti postuna Donald Trampın qayıdışından sonra ilk dəfə Ukraynanın müdafiəsi üzrə "Ramştayn" Təmas Qrupunun görüşü baş tutacaq. Böyük Britaniyanın sədrliyi altında keçiriləcək bu toplantıda Pentaqonun yeni rəhbəri Pit Hegset də iştirak edəcək və bu görüş Qərbin Ukrayna müharibəsinə yanaşmasında mühüm dönüş nöqtəsi ola bilər.
 
Sammit eyni zamanda Hollandiya tərəfindən tədarük olunan ilk F-16 qırıcılarının və Fransa tərəfindən göndərilən "Mirage-2000" qırıcılarının Ukraynaya çatdırılması fonunda keçirilir. Bu təyyarələr artıq Avropada təlim keçmiş Ukrayna pilotları tərəfindən idarə olunur və Rusiyanın yeni hücum əməliyyatları qarşısında Kiyevin müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək.
 
ABŞ-ın yeni müdafiə naziri Pit Hegsetin təyinatı və onun dərhal Brüsselə gəlməsi, Vaşinqtonun Kiyevə hərbi dəstək məsələsində nüfuzunu qorumaq niyyətində olduğunu göstərir. ABŞ "Ramştayn" formatına gələcəkdə, xüsusilə də Qərbin Ukraynaya dəstəyində çatlar yaranmağa başlananda fəal rəhbərlik edə bilər. Məqsəd aydındır: mövcud şəraitdə mümkün olan ən böyük qələbəni qazanmaq və Rusiya ilə gələcək danışıqlarda daha əlverişli mövqe tutmaq.
 
Hegsetin Brüsselə gəlişi kritik bir vaxta təsadüf edir: Tramp administrasiyası Ukraynaya hərbi yardımı yenidən qiymətləndirmək niyyətini açıq şəkildə bəyan edib və Avropa müttəfiqlərindən daha çox öhdəlik götürməyi tələb edir. Bu dəyişikliklər NATO üzvləri arasında maliyyə və logistika yükünün yenidən bölüşdürülməsinə gətirib çıxara bilər.
 
Fransa və Hollandiya Ukraynaya yeni qırıcılar göndərib
 
Fransanın "Mirage-2000" və Hollandiya tərəfindən verilən F-16-ların Ukraynaya çatması hərbi yardım prosesində mühüm mərhələ olub. Fevralın 6-da Ukrayna müdafiə naziri Rustəm Ömerov bəyan edib ki, bu qırıcılar sayəsində ölkənin hava hücumundan müdafiəsi modernləşdiriləcək və müqavimət gücü artırılacaq.
 
Fransa prezidenti Emmanuel Makronun 2023-cü ilin iyununda verdiyi sözə əməl etdiyini və Ukrayna pilotlarının hazırlanmasını da təşkil etdiyini təsdiqləyib. Lakin təyyarələrin dəqiq sayı açıqlanmayıb. Bununla belə, Fransanın təxminən 20 "Mirage-2000" tədarük edəcəyi gözlənilir.
 
Brüsseldə mümkün sülh danışıqları müzakirə ediləcək
 
"Ramştayn" görüşündə təkcə hərbi potensialın gücləndirilməsi deyil, həm də gələcək sülh danışıqlarının imkanları müzakirə olunacaq. Bəzi Avropa paytaxtlarının müharibənin uzanmasından yorulması və ABŞ-ın dəstəyinin qeyri-müəyyən olması sülh prosesi ilə bağlı yeni müzakirələrə təkan verib.
 
Brüsseldə müzakirə ediləcək ssenarilər arasında müəyyən şərtlərlə atəşkəs rejiminin qurulması və ya Moskva ilə danışıqların formatı yer ala bilər. Bununla belə, Kiyev təkid edir ki, hər hansı sülh danışıqları yalnız Rusiyanın işğal olunmuş ərazilərdən tam çıxarılması əsasında aparılmalıdır.
 
Rəsmi mövqe belədir. Lakin Brüsseldə yayılan geniş şayiələrə görə, Kiyev müəyyən əraziləri itirməyi qəbul edə bilər. Bunun əvəzində isə Ukraynanın nəzarətində qalan hissəsi Avropa İttifaqına üzv ola və NATO-ya qoşulmaq məsələsində neytral mövqe tuta bilər.
Link kopyalandı!
Son xəbərlər