“Silah-sursat Ermənistanın ehtiyac duyduğu ən son şeydir”
Ekskluziv
1302
10 Feb 2025 | 16:26

“Silah-sursat Ermənistanın ehtiyac duyduğu ən son şeydir”

“Ermənistan dünyada tam müstəqil, suveren dövlət kimi qəbul edilmir. Ermənistan hakimiyyəti səhlənkar və məsuliyyətsizdir. Belə olan halda kənar qüvvələr bunu görərək orada öz mövcudluqlarını, öz maraqlarını təmin etməyə çalışır”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, bəzi dövlətlər Ermənistana sadəcə qazanc mənbəyi kimi baxır:

 

“ Hindistan, Fransa və Yunanıstan Ermənistanı silah-sursatla təchiz edir, ona müxtəlif silahlar satır. Onlar özləri yaxşı başa düşür ki, Ermənistana lazım olan silah-sursat deyil. Ermənistana lazım olan maddi resurslar, investisiyalar, infrastruktur layihələri və s-dir. Ermənistana həqiqətən də kömək etmək istəyən ona silah-sursat yox, sabitlik verə bilən resurslar ötürməlidir. Çünki Ermənistanın ehtiyac duyduğu şey budur. Onlar isə Ermənistaan silah satmaqla pul qazanmağa çalışırlar. Bu, onların Ermənistana münasibətdə əsla səmimi olmadığını, sadəcə ona qazanc mənbəyi kimi baxdıqlarını göstərir”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər