Bizi sosial şəbəkələrdən izləyin:
"Tramp-Putin-Zelenski görüşü və razılaçması nəticəsində hərbi əməliyyatlar dayandırılacağı halda, Konstitusiyaya görə, ən azı, prezident seçkiləri keçirilməlidir. Seçkilər vaxtı da daxildə siyasi mübarizənin çox gərgin olacağı gözlənilir...”
“Ukrayna üçün təhlükəli məsələlərdən biri də odur ki, bundan sonra Ukraynada ciddi siyasi böhran başlaya bilər. Yəni, deyək ki, Tramp-Putin-Zelenski görüşü və razılaçması nəticəsində hərbi əməliyyatlar dayandırılacağı halda, Konstitusiyaya görə, ən azı, prezident seçkiləri keçirilməlidir. Seçkilər vaxtı da daxildə siyasi mübarizənin çox gərgin olacağı gözlənilir”.
Bu fikri Moderator.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Rusiyanın təcavüzkar savaşının davam etdiyi, amma müvəqqəti atəşkəs razılaşması əldə olunacağı bir şəraitdə Ukraynanın gözlənilən durumundan bəhs edərkən dilə gətirib.
“Görünür, Rusiyanın işğalçı diktatoru Putin də buna da ümid edir... Yəni seçkilər nəticəsində Ukraynada hakimiyyətə rusiyameyilli birinin gətirilməsinə cəhd edəcək” fikrinə isə sabiq baş diplomat belə münasibət bildirib.
“Putin çox şeyə ümid edir... Ancaq onun öz vəziyyəti də o qədər sabit deyil. Görürük ki, Ukrayna müharibəsi onun elitası daxilində gərgin çəkişmələrə səbəb olub və bu, az qala, hərbi üsyanadək gedib çıxacaqdı... Və ümumiyyətlə, bundan sonra Rusiyada da siyasi stabillik gözləmək əbəsdir. Hərbi əməliyyatlar dayandırılacağı halda ruslar da soruşacaq ki, bəs indiyədək yüz minlərlə hərbçimiz nəyə görə məhv edilib, guya əraziləri azad etmişik... Rusiyanın özündə istifadə olunmayan milyon hektarlarla ərazilər var... Bir sözlə, çox suallar, problemlər meydana çıxacaq. Və bir daha təkrar edirəm ki, mən Rusiyanın yaxın gələcəyini heç cür stabil görə bilmirəm”.
Sultan Laçın