Ukrayna ordusu Kurskda irəlilədi: Hərbi müxbir detalları açıqladı...
Ekskluziv
1441
07:37, Bu gün

Ukrayna ordusu Kurskda irəlilədi: Hərbi müxbir detalları açıqladı...

Rusiya Federasiyasının Kursk vilayətində Ukrayna qoşunlarının taktiki xarakter daşıyan irəliləməsi qeydə alınıb.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə hərbi müxbir Boqdan Miroşnikov yazıb.
 
"Bir az irəliləmə... Lakin bu, çox vacibdir. Vaxtında", - mesajda belə deyilir.
 
Miroşnikov qeyd edib ki, düşmən artıq  bölgədə öz qüvvələrini  yenidən cəmləşdirməyə başlayıb.
 
“Amma məsələ ondadır ki, imkan pəncərəsi olduğu halda, biz öz resurslarımızı nəzərə alaraq ondan istifadə etməliyik”, - deyə hərbi jurnalist əlavə edib.
 
Xatırladılır ki, bundan əvvəl Amerika Müharibə Tədqiqatları İnstitutu ("ISW") Ukrayna Silahlı Qüvvələrinin yeni mexanikləşdirilmiş hücumlar seriyasına başladığını və Kursk vilayətində irəlilədiyini bildirmişdi.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər