“Onun ən böyük düşmənləri “dostlarıdır”
Ekskluziv
440
20:45, Bu gün

“Onun ən böyük düşmənləri “dostlarıdır”

“Ermənistan onu silahlandıran, qarşıdurmaya sövq edən dövlətlərdən uzaq olmalıdır. İrəvan anlamalıdır ki, bu dövlətlərin verdiyi dəstək onun xilasına yox, məhvinə xidmət edir”.

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, Ermənistan yanlış yolda olduğunu anlamalı, sürətli silahlanma siyasətindən imtina etməlidir:

 

“Bu gün bəzi dövlətlər, xüsusilə də Fransa və Hindistan Ermənistanı silahlandırır, onu müxtəlif silah-sursatla təchiz edir. Məqsəd Ermənistanı Cənubi Qafqazda yeni bir qarşıdurmaya təhrik etmnək, bölgədə gərginliyi artırmaq, bununla da öz maraqlarının təmin etmək üçün münbit mühit formalaşdırmaqdır. Yəni bu dövlətlər Ermənistanın yox, öz maraqları haqqında düşünür.

 

İrəvan bu həqiqəti dərk etməli, Azərbaycanın sülh səylərini dəstəkləməklə özünü yeni məğlubiyyət və itkilərdən sığortalamalıdır. İrəvan anlamalıdır ki, onun ən böyük düşməni “dostlarıdır” və bu “dostlardan” gələn hər bir silah, hər bir texnika Ermənistanı yeni məğlubiyyətə daha bir addım yaxınlaşdırır”.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər