“Ermənistan sürətlə savaşa hazırlaşır”
Ekskluziv
381
17:33, Bu gün

“Ermənistan sürətlə savaşa hazırlaşır”

Sona Əliyeva: “İrəvan Azərbaycandan sonra Gürcüstana, Cavaxetiya bölgəsinə tamah salacaq”

 

Ermənistanın müdafiə naziri yenidən Hindistana səfər edib.

 

Maraqlıdır, Suren Papikyanın Ermənistanı silahlandıran əsas ölkələrdən biri olan Hindistana bu səfəri, İrəvanın sürətli silahlanma və revanş hazırlığının tərkib hissəsi kimi dəyərləndirilə bilərmi?

 

Moderator.az-a açıqlama verən politoloq Sona Əliyeva, mövzu ilə bağlı maraqlı fikirlər səsaləndirib:

 

“İrəvan 44 günlük savaşdakı acı yenilgidən dərs çıxarmayıb. Bu, aydın görünür. Ermənistanda bəzi revanşistlər yenidən hərəkətlənir. Fransa, Yunanıstan və Hindistan Ermənistanı silahlandırmaq üçün dəridən-qabıqdan çıxırlar. Hindistan ikinci əl silahlarını satmaq üçün yeni bazar qismində Ermənistanı tapıb. Görünən odur ki, Ermənistan Rusiya silahlarını Hindistan istehsalı sursatlarla əvəz etmək istəyir. Amma mahiyyətcə hindlilərin ermənilərə satdıqları rusların haylara pay verdiklərindən heç nə ilə fərqlənmir.

 

Bəli, Ermənistan sürətlə savaşa hazırlaşır. Papikyanın Dehliyə səfərinin arxasında da yeni strateji əməkdaşlıq və yeni silahların alınması ilə bağlı müqavilələr dayanır.

 

Düşünürəm ki, Ermənistan silahlanmaqla Cənubi Qafqazda yeni münaqişə ocağı və təhdid yaratmaqda israrlıdır. Azərbaycandan sonra Gürcüstana, Cavaxetiya bölgəsinə tamah salacaq və indi də Gürcüstan üçün başağrısına çevriləcək”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər