Ekskluziv
485
16:22, Bu gün

"İlon Mask Pentaqonun xərclərini nəzarətə götürəcək" - CNN

 
"Onlar böyük miqyasda korrupsiya, sui-istifadə və israfçılıq hallarını üzə çıxarır..."
 
ABŞ prezidenti Donald Tramp milyardçı İlon Maska Pentaqonun xərclərini audit etməyi tapşırdığını bəyan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
 
"Biz Pentaqonu, təhsili, demək olar ki, hər şeyi şeyi nəzərdən keçirəcəyik, çünki biz artıq USAID-in ləğvi ilə bağlı çox çətin bir prosesdən keçdik. Bu, olduqca ağrılı bir proses olub. Eyni dərəcədə ciddi pozuntuların olacağını düşünmürəm, amma yenə də çox şey aşkar ediləcək, - Tramp vurğulayıb.
 
"Mən ona tapşırdım ki, təhsil sistemini və Pentaqonu yoxlasın. Bilirsiniz, təəssüf ki, bəzi ciddi problemlər ortaya çıxacaq, amma yenə də USAID-də baş verənlərlə müqayisədə daha yüngül olacaq", - Tramp bəyan edib.
 
Jurnalistlər Trampdan Maskın hansı sahələrə toxuna bilməyəcəyi ilə bağlı xəbərdarlıq alıb-almadığını soruşduqda, "bu məsələ müzakirə olunmayıb" cavabını verib.
 
Lakin Tramp vurğulayıb ki, Maskın hansı sahələrdə işləyəcəyini özü müəyyənləşdirir. Prezidentin sözlərinə görə, o, məqsədləri seçir və Maskın komandasına həmin sahələrlə məşğul olmağı tapşırır.
 
"Elə sahələr ola bilər ki, biz onlarla işləməyəcəyik, amma ümumilikdə bu, çox perspektivli bir layihədir. Mən ona təhsil, müdafiə və digər sahələrlə məşğul olmağı tapşırdım. Onlar orada böyük miqyasda korrupsiya, sui-istifadə, israfçılıq və bu kimi halları üzə çıxarır," - Tramp əlavə edib.
 
Donald Tramp və İlon Mask
 
İlon Mask Donald Trampın seçki kampaniyasının ən iri donorlarından biri olub. Mətbuatda yayılan məlumatlara görə, milyardçı 2024-cü il seçkiləri üçün Trampı və respublikaçıları dəstəkləmək məqsədilə azı 288 milyon dollar xərcləyib.
 
Seçkidən sonra Tramp Maskı yeni yaradılmış "Hökumətin Effektivliyi Departamenti"nə rəhbər təyin edib. Bu qurumun əsas məqsədi federal xərcləri azaltmaqdır.
Link kopyalandı!
Son xəbərlər