"Ukraynanın öz ordusu olacaq və bütün müttəfiqləri ona maliyyə dəstəyi verəcək..."
Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı müzakirələr "yersuz və vaxtsızdır".
Moderator.az xəbər verir ki, bu fikri Almaniya kansleri Olaf Şolts RND nəşrinə müsahibəsində bildirib. Məlumatı "24tv.ua" nəşri yayıb.
O, belə bir mövqeyin müharibədən sonra Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bütün əraziləri geri qaytara bilməyəcəyini nəzərdə tutduğunu vurğulayıb.
Şolts qeyd edib ki, heç bir qərar Ukraynanın özündən yan keçərək qəbul edilməməlidir: "Əvvəlcə müharibəni bitirmək və danışıqlara başlamaq lazımdır, sülhü məcburi şəkildə diqtə etmək olmaz".
Kansler əmin olduğunu bildirib ki, yalnız bundan sonra gələcək təhlükəsizlik zəmanətlərindən danışmaq olar. O, əlavə edib ki, Ukraynanın öz ordusu olacaq və Almaniya ilə digər müttəfiqlər ona maliyyə dəstəyi verməyə davam edəcək:
"Ukraynanın ordusu olacaq, lakin onu yalnız öz maliyyə resursları hesabına saxlaya bilməyəcək. Məhz burada biz və Ukraynanın bütün dostları lazım olacağıq."
Şolts ABŞ prezidenti Donald Trampın Ukraynaya yardımı təbii sərvətlər qarşılığında vermək ideyasını tənqid edib: "Ukrayna hücuma məruz qalıb və biz ona heç bir qarşılıq gözləmədən dəstək veririk. Hər kəsin yanaşması belə olmalıdır."
Ukrayna üçün sülhməramlılar
Avropada Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi məsələsi müzakirə olunur, lakin Avropa siyasətçiləri arasında bu barədə fikir ayrılığı var.
Bununla belə, Fransa və bəzi digər ölkələr Avropanın ümumi konsensusa gəlməsindən asılı olmayaraq, Ukraynaya sülhməramlı qüvvələr göndərməyə hazır olduqlarını bildirib.
Ukrayna prezidenti Vladimir Zelenskinin fikrincə, belə qüvvələr Ukraynanın ehtiyac duyduğu təhlükəsizlik zəmanətlərinin yalnız bir hissəsi ola bilər.
Yanvarın 22-də "Bloomberg News" nəşrinə müsahibəsində Zelenski bildirib ki, effektiv sülhməramlı qüvvələrə mütləq ABŞ qoşunları da daxil olmalıdır, çünki yalnız Avropanın hərbi dəstəyi Putini cilovlamaq üçün yetərli olmayacaq.
Polşa prezidenti Anjey Duda isə son açıqlamalarında Ukraynaya gələcəkdə dəstək verəcəklərinə dair təminat versə də, Polşanın mütləq olaraq sülhməramlı qüvvələr yerləşdirməli olmadığını vurğulayıb.