Ekskluziv
369
13:50, Bu gün

"Tramp qasırğası Putini Urala və daha da irəliyə, Sibirə apara bilər" - "The Telegraph"

 
"Tramp özünü böyük lider kimi hiss edir və Putini Ukraynadan çıxarmağa çalışacaq..."
 
ABŞ prezidenti Donald Tramp Qəzza müharibəsini nizamladığını öz nailiyyətləri siyahısına əlavə edib. Bu hələlik mübahisəli uğur onu Ukraynaya daha güclü dəstək verməyə və Rusiyanı sülhə məcbur etməyə təşviq edə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniya ordusunun ehtiyatda olan polkovniki, hərbi analitik Qemiş de Breton-Qordon "The Telegraph" nəşri üçün yazdığı məqalədə bildirib.
 
"Putin indi qorxmalıdır. Tramp qasırğası onu Urala və daha da irəli apara bilər", - analitik qeyd edir və ehtimal ki, Putinin devrilərək Sibirə göndəriləcəyinə işarə edir.
 
Məqalə müəllifinin fikrincə, Trampın Qəzzadakı atəşkəslə ruhlandığı və indi Ukraynada da münaqişəyə son qoyacaq sülh razılaşması üçün israr edəcəyi gözlənilir.
 
"Bu, yalnız o halda mümkün olar ki, Ukrayna itirilmiş ərazilərinin heç olmasa bir hissəsini, bəlkə də hamısını geri qaytarsın. Kremlə rəhbərlik etməyə davam etmək və öz gələcəyini qorumaq üçün Putin, bəlkə də, Ukraynada işğal etdiyi minlərlə kvadrat kilometr ərazini, rus xalqı üçün müqəddəs hesab edilən Kursk vilayətində itirdiyi bir neçə yüz kvadrat kilometr torpaqla dəyişməyə məcbur ola bilər", - Breton-Qordon yazır.
 
Analitik hesab edir ki, Trampın Qəzza ilə bağlı səsləndirdiyi sərt bəyanatlardan sonra indi məhz ABŞ prezidenti rusiyalı diktatorunu "tıxacda saxlayan" tərəf ola bilər.
 
"Tramp bilir ki, Ukraynada uzunmüddətli və effektiv sülhə nail olmaq şansı Qəzzadakından qat-qat yüksəkdir. ABŞ-ın yeni prezidentinin özünü böyük lider və XXI əsrin sülhpərvəri kimi görmək istəyi nəzərə alınarsa, Putin ciddi narahat olmalıdır", - məqalə müəllifi yazıb.
 
Qəzzadakı atəşkəs və Tramp
 
Xəbər verildiyi kimi, yancarın ortalarında İsrail və HƏMAS Qəzza bölgəsində atəşkəs və saxlanılan şəxsləin mübadiləsi ilə bağlı də razılığa gəlib. Bir neçə gün sonra bu proses həqiqətən başlayıb.
 
İsrail və HƏMAS arasındakı razılaşma bir çox ölkənin aylarla davam edən diplomatik səylərinin və eyni zamanda, tərəflərin hərbi yolla məqsədlərinə çata bilmədiklərinin nəticəsi olub. Buna baxmayaraq, ABŞ-ın yeni prezidenti Donald Tramp bu razılaşmanı şəxsi uğuru kimi qəbul edir.
 
Ötən ilin dekabr ayının əvvəlində Tramp açıq şəkildə bəyan edib ki, əgər HƏMAS onun inauqurasiyasına qədər girov götürülən bütün insanları azad etməsə, Yaxın Şərqi "cəhənnəmə" çevirəcək.
 
İnauqurasiyadan sonra Tramp Qəzzadan 1,5 milyon fələstinlinin deportasiya edilməsini təklif edib. O, həmçinin Qəzza bölgəsinin birbaşa ABŞ-ın nəzarətinə keçməsini istəyir.
Link kopyalandı!
Son xəbərlər