Bu şəhərdən keçən çay qəfil qan rənginə boyandı...- Sakinlər təlaşda...-VİDEO
Ekskluziv
564
08:55, Bu gün

Bu şəhərdən keçən çay qəfil qan rənginə boyandı...- Sakinlər təlaşda...-VİDEO

Argentinada Buenos-Ayresin ətrafından axan Sarandi çayı qəfil qırmızı- qan rənginə boyanaraq sakinlərin narahatlığına səbəb olub. 
 
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, barədə "Sky News" məlumat yayıb. 
İnternetdə yayılan kadrlar həqiqətən qəribə mənzərəni - qeyri-təbii rəngli suyu olan çayı göstərir. Lakin yerli KİV-in məlumatına görə, bu, Sarandinin başqa rəngə boyanamasıyla bağlı ilk olay deyil.
 
"Mən bütün ömrüm boyu burada yaşamışam. Bu gün bizim bu çayın suyu qırmızıdır. O, boz da olub, yaşıl da olub, bənövşəyi, mavi... tünd qəhvəyi də olub", - yerli sakinlərdən biri jurnalistlərə belə deyib.
 
Başqa bir argentinalının dediyinə görə, bir dəfə də çay saralıb və turşu qoxusu verib.
 
Yerli ekoloqlar əlavə araşdırma üçün artıq qırmızı sudan nümunələr götürüblər.

 

 
Link kopyalandı!
Son xəbərlər