Avokado xüsusilə qadınların arıqlaması üçün ən ləzzətli vasitədir
Ekskluziv
224
00:17, Bu gün

Avokado xüsusilə qadınların arıqlaması üçün ən ləzzətli vasitədir

"Bu meyvə həm sağlamlıq, həm də dad baxımından əvəzolunmaz bir qidadır..."
 
Avakado yedikdə bədənimizdəki piylə bağlı inanılmaz proseslər baş verir. Onun sağlamlığa faydaları çoxdan məlumdur, lakin son araşdırmalar göstərib ki, avokadodan müntəzəm istifadə edilməsi  qadınlarda qarın nahiyəsindəki piyin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur.
 
Moderator.az xəbər verir ki, bu barədə "Walla" nəşri yazıb.
 
Avokadosu mətbəximizin ayrılmaz hissəsidir,  dietoloq Maya Rozeman deyir. Onun sözlərinə görə, məhz süfrəmizdə tez-tez görməyə alışdığımız üçün bəzən unuduruq ki, avokado ən yüksək qida dəyərinə malik "superqida"dır.
 
Biz onu tərəvəz salatlarının əlavəsi olaraq paştet kimi, yumurta və mayonezlə garnir kimi, eləcə də Meksikadan gələn məşhur qvakamole sousu kimi yeyirik. Braziliyada isə avokadonu avokado musu, avokado dondurması və ya sadəcə şəkər və limon suyu ilə doğranmış şəkildə desertlərlə birgə yeyirlər.
 
Lakin dadını bir kənara qoyub, avokadonun sağlamlığa olan möcüzəvi təsirindən danışaq.
 
Avokado və qarın piyi - elmi araşdırma
 
"Journal of Nutrition" jurnalında yayımlanan bir araşdırmada gündəlik istifadə edilən avokadonu artıq çəkili qadın və kişilərdə qarın nahiyəsindəki piyin miqdarına təsiri tədqiq edilib.
 
Araşdırmada 25–45 yaş arası 105 nəfər iştirak edib və onlar iki qrupa bölünüb: Birinci qrupun gündəlik rasionuna təzə avokado daxil edilib, ikinci qrup isə eyni kalorili, lakin avokadosuz pəhriz saxlayıb. Təcrübə 12 həftə davam edib.
 
Nəticələr göstərib ki, avokado yeyən qadınlarda daxili orqanları əhatə edən visseral piyin əhəmiyyətli dərəcədə azaldığı müşahidə olunub. Maraqlıdır ki, eyni təsir kişilərdə qeydə alınmayıb. Lakin avokado həm qadınlara, həm də kişilərə rasionlarına daxil etmələri tövsiyə olunur.
 
Avokadonun tərkibindəki 10 gaydali qida maddəsi
 
1. Oleat turşusu (Omega-9) - iltihabı azaldır, ürək sağlamlığını qoruyur, beyinə qan axınını yaxşılaşdırır və yaddaşı gücləndirir.
 
2. Lütein- güclü antioksidantdır, yaddaşı və beyin funksiyalarını dəstəkləyir, xüsusilə yaşlı insanlarda zehni fəaliyyəti gücləndirir.
 
3. Fol turşusu (B9 vitamini) - hüceyrələr və beyin üçün vacibdir, fol turşusu çatışmazlığı depressiya riskini artırır. Avokado həmçinin serotoninin sintezində iştirak edən triptofan amin turşusu ilə zəngindir.
 
4. Qida lifləri - təxminən 7 qram lif ehtiva edir ki, bu da digər meyvələrlə müqayisədə yüksək göstəricidir.
 
5. Aşağı karbohidrat miqdarı- cəmi 2 qram karbohidrat ehtiva edir, bu da onu az karbohidratlı pəhrizlər üçün ideal edir.
 
6. K vitamini- bir avokado gündəlik tövsiyə edilən K vitamini ehtiyacının 26 faizini qarşılayır, bu vitamin qanın laxtalanması və sümük sağlamlığı üçün vacibdir.
 
7. E vitamini- hüceyrələri qoruyan güclü antioksidantdır, dərinin qocalmasına qarşı təsir göstərir.
 
8. Kalium- təxminən 485 mq kalium ehtiva edir ki, bu da banandan daha yüksək göstəricidir. Kalium orqanizmdə maye balansını qoruyur və yüksək qan təzyiqinə qarşı təsirlidir.
 
9. Maqnezium- gündəlik ehtiyacın 7 faizni qarşılayır, əzələ və sümük sağlamlığı üçün əhəmiyyətlidir.
 
10. Zeaksantin- göz sağlamlığı üçün vacib olan antioksidantdır.
 
Qara avokado faydasını İtirirmi?
 
Avokado doğrandıqdan sonra qaralır, bu isə fermentativ oksidləşmə prosesindən irəli gəlir. Bu zaman avokadodakı fermentlər hava (oksigen) ilə təmasda olur və melanin adlanan piqmentlər əmələ gəlir, nəticədə meyvə qaralır. Lakin bu, avokadonun qida dəyərinə təsir etmir. Qaralmış avokado vitamin və minerallarını itirmir.
 
Avokadonun qaralmasının qarşısını necə almaq olar? Limon suyu əlavə etmək- C vitamini antioksidant təsir göstərir və oksidləşməni ləngidir. Avokadonun səthini havadan qorumaq üçün onu plastik qida plyonkası ilə örtmək olar. Soğanla birlikdə saxlamaq olar, soğan oksidləşməni ləngidən qaz maddələri ifraz edir.
 
Avokado həm sağlamlıq, həm də dad baxımından əvəzolunmaz bir qidadır. Onu menyunuza daxil etmək bədəninizə və beyninizə əhəmiyyətli fayda verəcək!
Link kopyalandı!
Son xəbərlər